25/11/2020 06:26
728 x 90

İsrailin Baş naziri Benyamin Netanyahu Əli Əsədova məktub göndərdib

img

İsrailin Baş naziri Benyamin Netanyahu Müstəqillik Günü münasibətilə Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, Benyamin Netanyahu məktubunda İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqdan qürur duyduğunu vurğulayıb.

Həmin tarixdən keçən 30 ilə yaxın müddət ərzində İsrail və Azərbaycan xalqlarının həqiqi dostluğuna əsaslanaraq iki ölkə arasında möhkəm münasibətlərin qurulduğu qeyd olunub.

İsrailin Baş Naziri ümumi maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün birgə səylərin göstərilməsinə hazır olduğunu ifadə edib.

Benyamin Netanyahu Azərbaycan xalqına inkişaf, sabitlik və firavanlıq arzulayıb.

Son xəbərlər