27/11/2020 13:41
728 x 90

Yaralanan erməni əsgərləri döyüşməkdən imtina edirlər - "Onlar dəhşət və qorxu içindədirlər”

img

Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imtina edirlər.

Trend-in məlumatına görə, bu barədə erməni jurnalistlərə açıqlamasında professor Mels Mkrtumyan bildirib.

Onun sözlərinə görə, erməni əsgərləri müharibə dəhşətindən qorxublar və bu səbəbdən hərbi hospitallara əlavə olaraq psixoloqlar göndərilib:

“Hərbçilərin danışdıqlarından belə anlamaq olur ki, onlar bu anları həyatlarından silə bilməyəcəklər. Onlar dəhşət və qorxu içindədirlər”.

Psixoloq qeyd edib ki, hazırkı vəziyyət 90-cı illərdən tam fərqlidir: “Ordunun psixoloji vəziyyəti gərgindir. Onların bir çoxu müharibənin dəhşətindən xilas olmaq üçün sıralara qayıtmaqdan qəti şəkildə imtina edirlər”.

Son xəbərlər