Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur. Trend-in məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən mətbuat konfransında deyib.
E.Əmirbəyovun sözlərinə görə, əgər bütün beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik: "Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər.
İlk növbədə beynəlxalq təşkilatlar bu hücumu qınamalıdırlar, Ermənistana sanksiyalar tətbiq etməlidirlər".