Türkiyə Azərbaycan və Ermənistan arasında müvəqqəti atəşkəs rejimini yaxından izləyir. Baki-xeber.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Tüitter" hesabında paylaşıb.
O qeyd edib ki, rusiyalı həmkarıyla bu məsələni müzakirə edib.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq yalnız Azərbaycanın razı olacağı həll istiqamətini dəstəklədiklərini bildirib.
Qeyd edilir ki, Azərbaycan son dəfə Ermənistana geri çəkilmə şansı verdi. Atəşkəs önəmlidir, lakin atəşkəs münaqişənin həll olunma yolu deyil: "Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək".
Türkiyə Milli Müdafiə Nazirliyi isə Azərbaycan Ordusunun böyük zəfər qazandığını bildirib. Nazirliyin "Twitter" səhifəsində qeyd olunub ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün böyük qəhrəmanlıq göstərmiş və uğurlar əldə etmişdir: "Ermənistan işğal etdiyi torpaqları öz sahiblərinə geri qaytarmalıdır. Bu addım atılana qədər azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik".