“Xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib... Siz Azərbaycanı alınmaz qalaya, şanlı ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident!”.
Bu fikirləri Bakıdan Əməkdar elm xadimi, professor Vaqif Şadlinski Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirir.
Tanınmış elm xadimi bu qələbə sevincini bizə yaşatdığı üçün ölkə başçısına minnətdarlığını bildirir və Azərbaycan həkimləri və müəllimlərinin Prezidentin müsəlləh əsgərləri olduğunu vurğulayır. “Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik” - deyə professor Şadlınski bildirir.
Baki-xeber.com