çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiya casusluğuna alınmış 76 azərbaycanlı? - İnanılmaz siyahı tərtibatı kimə və nəyə lazımdır…

Image


Rusiyada fəaliyyət göstərən Dossier.center adlı sayt Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısını yayıb. Saytda yayımlanmış "Как Кремль вмешивается во внутреннюю политику соседних стран  Часть четвертая: «Борода» из Еревана и мягкая сила в Баку" sərlövhəli araşdırma yazıda həm İrəvanda, həm də Bakıda Rusiyaya xidmət edən şəxslərin olduğu iddia edilir.

Yazıda qeyd edilir ki, "ГРУ" (Mərkəzi Kəşfiyyat İdarəsi) zabiti Valeri Çernışovun sənədləri arasında Kremlin maraqları naminə istifadə ediləcəyi iddia olunan Azərbaycan vətəndaşlarının siyahısı olub. 76 nəfərlik siyahıda tannmış ictimai xadimlərin, jurnalistlərin, politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin adları yer alıb. Siyahıda olan adlardan 16-sı isə xüsusi rənglə işarələnib. 76 nəfərlik siyahıda tələbələr, siyasi eksepert və politoloqlarla yanaşı, jurnalistlərin, baş redaktorların da adı qeyd olunub. Bu siyahı ətrafında hazırda sosial şəbəkələrdə qızğın müzakirələr aparılır. Belə bir siyahının hansı məqsədlərə xidmət etdiyini və orada çəkilən adların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq üçün kiçik araşdırma aparmaq qərarına gəldik. 

Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya adlı dövlətin Azərbaycanda maraqları olduğu heç kimə sirr deyil: “Məhz son zamanlar Azərbaycanda beşinci kolon deyilən kəsimin fəallığının artması da bununla bağlıdır. Təəssüf edirəm ki, vaxtilə müəyyən səlahiyyətli təşkilatlar tərəfindən bu məsələyə ciddi diqqət yetirilməyib və Rusiyanın Azərbaycanda bu istiqamətdə fəaliyyətinə imkan yaradılıb. Əlbəttə ki, bu, Rusiyaya bağlılığı olan, Azərbaycanın yüksək çinli hakimiyyət eşelonunda əyləşmiş, daha düzgün ifadə etsək, elə Rusiya tərəfindən də əyləşdirilmiş maraqlı tərəflərin əməlinin nəticəsidir.

Yadınızdadırsa, bir neçə il bundan öncə Rusiyanın ictimai-siyasi xadimi, əslində isə Yaxın Şərq və xüsusilə də Azərbaycandakı hadisələrdə birbaşa iştirakı olan Yevgeniy Primakovla bağlı tədbirin keçirilməsi böyük hay-küyə səbəb oldu. Bax, elə həmin vaxt bizim mətbuatda da tədbir təşkilatçıları və iştirakçılarının adı hallanmışdı. Həmin tədbirin materiallarını qaldırıb baxsaq, o tədbirdə iştirakı olan və bu gün Azərbaycanda rəhbər vəzifə tutan adamların da adlarına rast gələ bilərik. Ümumilikdə isə, Rusiya Azərbaycandakı maraqlarını təmin etməkdən ötrü, digər istiqamətlərlə bərabər vətəndaş cəmiyyətləri, QHT və sair strukturların yaradılması, onların birbaşa, qeyri-leqal yolla maliyyələşdirilməsi və bu istiqamətdə digər tədbirlərin görülməsində maraqlıdır. Belə olan təqdirdə Azərbaycan təhlükəsizlik qüvvələri məsələyə adekvat reaksiya verməli və mövcud, yaxud gələcəkdə baş verə biləcək, Azərbaycanın təhlükəsizliyinə qarşı yönəlmiş fəallığın qarşısını vaxtında almalıdırlar”.

Siyahıda adı qeyd olunan jurnalist Aqil Ələsgər qəzetimizə açıqlamasında bildirdi ki, həmin sayt diqqətlə oxunsa, rusca azacıq dil bazası olan hər kəs görər ki, orada “əməkdaşlıq edir” deyil, “əməkdaşlıq üçün nəzərdə tutulur” ifadəsi yer alıb: “Yəni Kremlin, ya da bu "sənəd"i kim hazırlayıbsa, onun yazdığı budur ki, bu 76 nəfərlə əməkdaşlıq nəzərdə tutulur və ya arzuolunandır. Yəqin ki, rusca "предполагается использовать" sözünün “işləmək” yoxsa “istifadə olunması ehtimal edilir” olduğunu bilmək üçün qismən rusca anlamaq kifayətdir. Bu siyahıda olan çox dəyərli və öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən Gülnarə xanım, Elxan müəllim, Rizvan kimi insanların adı var. Əlbəttə ki, Biləcəridən bu tərəfdə belə tanınmayanlardan fərqli olaraq, o şəxslərlə əməkdaşlıq etmək, onlarla əlaqə qurmaq bir çox qurumun və ya sizin ifadənizlə desək, agentin arzusu ola bilər. Ancaq mətni, nədənsə, tam oxumadan əksəriyyəti Azərbaycanın xaricdə tanınan qələm sahibləri olan şəxsləri olduqca ağır “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlıların siyahısı yayıldı” başlığı ilə ləkələyərək öz həmkarlarını qınaq altında qoymaq peşakarlıq deyil. Ayrıca, bu qədər peşakarsınızsa, nə üçün həmin yazıda pasport bilgiləri və Rusiyada hansı tədbirlərdə iştirak etmiş, yəni sizin deyiminizlə desək, “Rusiyaya işləyən” şəxslərlə bağlı açıq və geniş yazılan mətndən bir cümlə də verilməyib, ancaq əməkdaşlıq üçün nəzərdə tutulan (yəni gələcək perspektiv vurğulanan) və bu barədə heç bir başqa detal olmayan siyahı “Rusiyaya xidmət etməkdə ittiham olunan azərbaycanlılar” kimi tirajlanıb? Mən elə buradan həm Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, həm də Xarici Kəşfiyyat Xidmətinə müraciət edirəm ki, mən də daxil olmaqla, bu siyahıda adı olanlar, eyni zamanda rus mətbuatının yazdığının təhrif olunaraq Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və ictimaiyyət bu barədə məlumatlandırılsın".

Bu qalmaqalda adı hallanan daha bir jurnalist Taleh Şahsuvarlı isə bizimlə söhbətində bunları dedi: “Həmin siyahıda adı keçən şəxslərdən biri olaraq bəyan edirəm ki, 2019-cu ilin noyabrında bir qrup həmkarımla birgə Rusiyanın Novosibirsk şəhərində "Böyük Avrasiya- sərhədsiz dialoq" proyekti çərçivəsində keçirilən "Mediatrendlər: yeni çağırışlar və imkanlar" adlı mediaforumda iştirak etmişəm. Nə həmin tədbir zamanı, nə də həmin tədbirdən sonra "Rusiyanın maraqlarına xidmət etmək üçün" hər hansı bir təklif almışam. Ümumiyyətlə, bu istiqamətdə fəaliyyət göstərməyim üçün hər hansı şübhə doğuracaq kanallar və adamlar vasitəsilə mənimlə əlaqə yaradılmasına cəhd olunmayıb. Mən "abdəstimdən də, namazımdan da"- bir Azərbaycan vətənpərvəri və dövlət milliyətçisi olmağımdan tam arxayınam. Nəinki Rusiya, hətta uzaq Afrika ölkələrinin rəhbər şəxsləri və xüsusi xidmət orqanları tanınmış bir jurnalist olaraq intellektual və yaradıcılıq imkanlarımı nəzərə alaraq mənimlə işləmək arzusunda ola bilər, lakin bu arzunu onların gözündə qoya biləcək iradəyə, prinsipiallığa, ən başlıcası, türk qanına və dövlət zehniyyətinə sahibəm”.   

Adı siyahıda yer alan digər jurnalist Toğrul Allahverdili isə qəzetimizə açıqlamasında bunları dedi: “Təqdim olunmuş siyahıda mənim və çox dəyərli, öz gücünə xarici media və QHT-lərlə əməkdaşlıq edən insanların adı da var. Düşünürəm ki, bu, sırf sifarişli və müəyyən qüvvələr tərəfindən tələm-tələsik hazırlanmış bir yazıdır. Rus mediasının adından istifadə edərək və cümləni kontekstdən çıxararaq ittiham şəklində verilməsinin özü bir təxribatdır. Adı çəkilən bütün şəxsləri susmamağa, bununla bağlı məhkəməyə, məsələnin obyektiv araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat İdarəsinə müraciət etməyə səsləyirəm. Başda mən olmaqla, bu siyahıda adı çəkilənlər, eyni zamanda rus mətbuatının yazdığını təhrif edərək Azərbaycanda tirajlanmasının səbəbləri dərindən araşdırılsın və cəmiyyətə bu barədə məlumat verilsin”.

İstənilən halda, əlaqədar qurumların bu siyahı və onun hansı məqsədlə yayılması ilə bağlı ətraflı araşdırma aparmasına ehtiyac var.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərar üzündən...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu da İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ