çərşənbə günü, 21 oktyabr 2026
     

Dizertirliyi Ermənistan baş nazirinin ciddi baş ağrısına çevrilir... Ölkə mediası “yarımmüharibə vəziyyətində olan dövlətin başında “başıxarab” olmamalıdır” yazdı...

Image


Ermənistan ordusunda yaşanan xaos getdikcə dərinləşir və bu proses zəbt edilmiş Azərbaycan ərazilərində yerləşdirilən hərbi hissələrdə özünü daha qabarıq büruzə verir. Hətta burada hərbçilər mülki əhali üçün ciddi problemə çevrilib. Elə bu günlərdə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular mülki şəxsə qarşı cinayət törədib. Belə ki, Tərtər rayonunun işğal olunmuş Kiçik Qarabəy kəndində yaşayan Artuş Avakyan Ermənistan Müdafiə Nazirliyinin “qaynar xətt”inə zəng edərək, hərbi qulluqçular tərəfindən daim incidildiyini, hədə-qorxulara məruz qaldığını, eləcə də pulunun və əmlakının zorla əlindən alındığını bildirib.

Digər məlumata görə, yenə Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib. Artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqavilə əsasında xidmətdə olan hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdiriliblər. Komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur olub. Yaranmış vəziyyətdə itkilərin də sayı artır. Yerli medianın yazdığına görə, təkcə cəbhə zonasında bu ilin ötən dövrü ərzində 30-dan çox erməni həyatını itirib. Onların bir çoxu qeyri-döyüş şəraitində ölüb. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrində bu məqam, hətta hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurur. Belə vəziyyətdə valideynlər yenə övladalrını hərbi xidmətdən yayındırır. Elə bunun nəticəsidir ki, orduda əsgər çatışmazlığı problemini Ermənistan rəhbərliyi könüllülər hesabına həll etmək istəyir.

Xatırladaq ki, bu günlərdə Ermənistanda "Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Amma erməni mediası etiraf edir ki, könüllü dəstələrin hesabına da orduda yaranan problemi çözmək mümkün olmayacaq. Orduda isə əsgər çatışmazlığı kəskinləşir. Xüsusən də o baxımdan ki, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi xarakter daşıyır. Belə vəziyyətdə ordudan yayınanların sayının artması bu xüsusda qaldırılan cinayət işlərinin də sayını çoxaldır. Artıq bu vəziyyət hökuməti ciddi narahat edir. Belə qəbildən olan cinayət işlərinin sayının azaldılması üçün isə yeni cəhdlər edilir. Elə buna görədir ki, Ermənistan parlamenti 2018-ci ilədək 27 yaşı tamam olan və hərbi xidmətdən yayınan vətəndaşların müvafiq cərimə ödədikləri halda cinayət məsuliyyətindən azad edilməsi barədə qanunu qəbul etməyə tələsir. Hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayının 12 mindən çox olduğu bildirilir. “Politik.am” nəşri yazır ki, bu halda Ermənistanın hakim komandasının üzvü Vahaqn Tevosyan ordudan yayınanların pul qarşılığında cinayət məsuliyyətindən azad olmasına imkan verən yeni bir qanun layihəsini niyə qəbul edəcəklərini əsaslandırmağa çalışıb: “Tevosyan, həmişə olduğu kimi, vəziyyəti rəngarəng təsvir edib: “Orduda xidmət etmək şərəf olmalıdır. Ən azı ilk başlanğıcda belə hesab olunmalıdır. Bu qavrayışı kök saldırmaqla ordunu nümunəvi şəkildə inkişaf etdirmək də mümkün olacaq. Yəni başı xarab olan şəxs orduya gedə bilməməlidir. İctimaiyyət başa düşməlidir ki, orduya getməyən bir insan elmlə məşğul olmursa, xəstə deyilsə, qanun ona icazə vermirsə, istəsə də xidmət etməyi bacarmırsa, bu insan adi başıxarab və ya qorxaqdır. Yalnız bundan sonra ordudan “uçmaq” təəccüblü və məntiqsiz olacaq. Əgər ordudan uçmusansa (qanunla azad edilməmisən, şərtlərə görə gec gəlməmisən, ya uzaq düşməmisən, məhz uçmusan) o halda ordunun sənə nə ehtiyacı var?”.  Tevosyan bununla, əslində təmsil etdiyi hökuməti necə rəvan təsvir etdiyinin fərqinə varmayıb. Demək olar ki, o, təmsil etdiyi elitanın elmlə məşğul olmadığı və ya sağlamlıq problemi olmadan orduda xidmət etmədiyini, özünün isə tərif etdiyi şərtlər çərçivəsinə sığmayan hökuməti təmsil etdiyini bir anlığa unudub. Tevosyanın verdiyi tərifə əsaslansaq, əsas “başıxarab”ın Paşinyan olduğu ortaya çıxacaq. Hərbi xidmətdən elm və ya sağlamlıq problemləri səbəbindən (rəsmi olaraq Paşinyanın bir problemi yoxdur) yox, sadəcə böyük qardaşları Sovet ordusunda xidmət etdiyi üçün azad edilib. Başqa sözlə, Paşinyan xidmətdən yayınmaq üçün qardaşlarının SSRİ ordusunda xidmət etməsindən istifadə edib. Bu, dövlət üçün ən çətin illərdə, müharibənin yenicə bitdiyi və sərhədləri möhkəmləndirmək problemi olduğu bir dövrdə baş verib. Əslində, Ermənistan kimi çətin problemləri olan ölkələrdə orduda xidmət etməmək tərcümeyi-halda şərəfli bir məqam olmamalı və xidmət etməyənlərin yüksək dövlət vəzifələrində çalışmaq hüququ olmamalıdır. Dövləti naminə həyatını risqə atmayan bir şəxsin bu dövlətin başında, sükanı arxasında olmaq hüququ olmamalıdır. Yarımmüharibə vəziyyətində olan dövlətin başında “başıxarab” olmamalıdır, bunlar təhlükəsizlik üçün təhlükəlidir”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ