Cümə axşamı günü, 22 oktyabr 2026
     

Paşinyana qarşı koronavirus inqilabı başlanır – səhiyyə nazirinin məzuniyyətə göndərilməsi milli xəyanət adlandırıldı

Image


Ermənistanda koronavirusla bağlı yaranmış vəziyyət bu ölkədə artıq xaotik bir durumun formalaşmaqda olduğunu göstərir. Elə bu fonda Nikol Paşinyan iqtidarına qarşı da narazılıqlar sürətlə artır. Hətta bəzi ekspertlər bu gedişlə Paşinyana qarşı koronavirus inqilabı ola biləcəyini də istisna etmir.

Məlumatlara görə isə, Ermənistanda koronavirus aşkar edilən insanların sayı artır. Hazırda Ermənistanda COVID-19 virusuna yoluxanların ümumi sayı 44 minə yaxınlaşır. Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi bildirir ki, ölkədə pandemiya qurbanlarının sayı 900-ə çatmaq üzrədir. Özü də bu, sırf koronavirusdan ölənlərin sayıdır. Eyni zamanda, bu ölkədə  başqa səbəblərdən ölən koronavirus xəstələrinin sayı da artmaqda davam edir. İki mindən artıq belə xəstə dünyasını dəyişib.  Onu da qeyd edək ki, Ermənistan 1 milyon nəfərin hesablanması ilə koronavirusa yoluxma və xəstəlikdən ölüm göstəricilərinə görə bölgədə lider olmağa davam edir. İndi  Ermənistanda 1 milyon əhalinin hesablanması ilə koronavirusa yoluxma göstəcisi 14500 nəfər, ölüm göstəricisi isə 290 nəfər təşkil edir. Bununla Ermənistan 1 milyon əhalinin hesablanması ilə koronavirusa yoluxma göstəricisinə görə dünyada 13-cü yeri tutub və bu da ən pis göstəricilərdən sayılır. Ötən ay Ermənistan bu göstəriciyə görə 21-ci yerdə idi. Amma məlum göstərici mənfi istiqamətdə dəyişir.
“Vahid Ermənistan” partiyasının həmtəsisçisi Vladimir Martirosyan yaranmış vəziyyətlə bağlı qeyd edir: “Təxminən beş ay əvvəl qeyd etmişdim ki, epidemiya populist hakimiyyət üçün ilk növbədə siyasi mənada birinci düşmən olacaq. Bu fərziyyə üçün sonradan reallığa çevrilən bir çox əsaslar var idi. Koronavirus epidemiyası bütün dünyanı ciddi problemlər qarşısında qoydu, Ermənistan onlardan kənar qalmadı və qala da bilməzdi. Epidemiyaya qarşı mübarizə göstəriciləri birabırçı və faciəvidir, hakimiyyət isə öz bədnam iş üslubunu hadisələrin gedişatında izləməyə davam edir. Proseslər xaiosa doğru gedir”. Bu halda erməniləri narazı salan məqamlardan biri səhiyyə naziri Arsen Torosyanın məzuniyyətə getməsidir. Hesab edilir ki, nazir əhalini koronavirusla baş-başa qoyaraq qaçıb və bu səbəbdən dərhal istefa verməlidir. Ermənistanın keçmiş fövqəladə hallar naziri Hraçya Rostomyan bu xüsusda qeyd edir: “Ermənistanın hazırkı hakimiyyəti ölkənin milli təhlükəsizliyi üçün problemə çevrilir. Arsen Torosyanın  ətrafında inkişaf edən prosesin nə ilə bitəcəyini bilmirəm. Bir şey aydındır ki, koronavirus reallığında səhiyyə nazirinin məzuniyyəti təəccüblüdür: bu, müharibə zamanı komandirin qoşunu başsız buraxaraq cəbhə xəttini tərk etməsi ilə eyni şeydir. Nikol Paşinyanın təlimat və qərarları hakimiyyətin orta və aşağı halqalarına çatmayaraq “hava”da qalır”. Elə “Joxorvurd” nəşri də yazır ki, nazir müharibə şəraitində ölkəni qoyub qaçıb:“Koronavirus Ermənistana müharibə elan edib. Bənzər açıqlamanı hələ iyunun 5-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan verib və əlavə edib:“Müharibə aparmağın yükü hakimiyyətin çiyinlərinə düşüb. Kim hakimiyyətə qarşı mübarizə aparırsa, istər-istəməz millətə xəyanət edir”. Bu halda ya səhiyyə naziri Arsen Torosyan müharibə vəziyyətində fərarilik adlanan məsuliyyətdən yayınır (bu, müharibə vəziyyətində müdafiə naziri David Tonoyanın məzuniyyətə getməsi ilə eyni şeydir), ya da sonuncu hansısa səbəblərə görə məzuniyyətə getməyə məcbur olub. Bəlkə də Arsen Torosyan döyüş sahəsindən qaçmağın nəticələrini bilmir, çünki orduda xidmət etməyib”. 

Ermənistan parlamentinin keçmiş deputatı Samvel Farmanyan da hesab edir ki, koronavirus həqiqətən Ermənistana müharibə elan edib. O qeyd edib ki, müharibəni aparmaq yükü hakimiyyətin çiyinlərinə düşüb: “Burada baş nazir “ali baş komandan”, səhiyyə naziri isə faktiki “qərargah rəisi-qoşunların komandiridir”. Kim müharibə zamanı “qərargah rəisi-qoşunların komandirini” məzuniyyətə göndərirsə, o ya müharibəni qəsdən məğlubiyyətə aparır, ya da artıq məğlub olduğu müharibənin məsuliyyətini sonuncunun üzərinə atmaq istəyir. Bu, hələ davam edən müharibə halında nəinki dəlilikdir, heç bir əsaslandırmaya malik deyil, həmçinin adi xəyanətdir”. Hesab edilir ki, məhz bu xəyanət səbəbindən Paşinyan iqtidarı cavab verməlidir. “İravnuk” qəzeti isə qeyd edir ki, koronavirusla bağlı vəziyyət pisləşməkdə davam etsə, Paşinyan hakimiyyəti daha ciddi problemlər yaşayacaq:“Koronavirus Ermənistan hakimiyyəti daxilində böyük təşviş yaradıb. Hakimiyyətin bütün iqtisadi və siyasi planları məhv olmaq ərəfəsindədir. Narahatlığa əsas səbəb koronavirusun qarşısının alınmasında yaşanan acizlikdir. Bu, Paşinyanın azalan nüfuzuna növbəti zərbədir. Çünki baş verənlər hazırkı hakimiyyətin böhran şəraitində ölkəni idarə etmək üçün hansı dərəcədə hazırlıqlı olduğunu göstərir”. “168 jam” qəzeti də vəziyyətin acınacaqlı olduğunu qeyd edir: “Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-dan tətbiq edilib və beş dəfə müddəti uzadılıb. Sonuncu uzatmadan sonra rejim sentyabrın 11-ə qədər davam etməlidir. Amma vəziyyət getdikcə pisləşir”.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ