Cümə axşamı günü, 22 oktyabr 2026
     

“Dünya erməni təxribatlarına göz yumduqca…” - Vüqar Rəhimzadə

Image


“Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi  Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürüdür. İşğalçı dövlət açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, bəzi xarici havadarlarına  arxalandığını təsdiqləyir.

Çünki iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində təxribat törətmiş və onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmışdır. Dünyanın, xüsusilə  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin həmin təxribata laqeyd münasibəti, seyrçi mövqedə dayanmağı çıxış yolu hesab etmələri  diqqətdən kənarda qalmadı. Məhz bu seyrçiliklər ermənilərin daha böyük iddialarla yaşamalarına, Azərbaycanın nəinki Qarabağ, digər sərhəd əraziləri istiqamətində də təxribatlarına stimul verir. Zaman-zaman Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən işğalçı Ermənistan, görünür, “böyük Ermənistan” xülyasını hələ unutmayıb. Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, qüdrəti işğalçı dövlətin bütün cəhdlərini boşa çıxarır, belə bir reallığı ortaya qoyur ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz müstəqil siyasəti, tarixi həqiqətləri ilə fakt qarşısında aciz olmamaqla yanaşı, eyni zamanda, döyüş meydanında düşməni yerində oturtmaq imkanında, gücündədir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Goranboy rayonu istiqamətində baş verən təxribatlar onu göstərdi ki, Azərbaycan nəinki Ermənistan silahlı qüvvələrinin  cavabını verdi, həmçinin diversiya-kəşfiyyat qrupunun  komandiri Qurgen Alaverdyan  hərbçilərimiz tərəfindən  əsir götürüldü:”Onun üzərindən bir sıra hərbi ləvazimatlar, şəxsi əşyalar aşkarlanıb. Bu təxribatın əsas hədəfi Azərbaycan Ordusunun hərbi hissələri və əsgərlərimiz olub. Amma ordumuzun gücü, ayıq- sayıqlıgı nəticəsində bu cəhdin  qarşısı alınıb, düşmən itkilər verib, rəzil durumda geri qayıtmaga məcbur olub. Qurgen Alaverdyan  yaydığı videomüraciətdə təlimata uyğun hərəkət etdiklərini, yaxın vaxtlarda  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Goranboy  rayonunda təmas xəttindəki döyüş mövqelərində diversiya törədilməsi, yəni, qumbara və  avtomat silahlardan istifadə edərək mümkün qədər çoxlu sayda  Azərbaycan hərbçisinin məhv edilməsi, eləcə də  bir hərbçinin əsir götürülməsi ilə bağlı  əməliyyat keçirilməsi üçün hazırlıq görülməsi tapşırığını aldıqlarını etiraf etmişdir. Mərhələli şəkildə həyata keçirdikləri  əməliyyat planına uyğun olaraq avqustun 23-də saat 02:30 radələrində  Azərbaycan Silahlı Qüvvələrinin döyüş postuna daxil olmaq istəyərkən Azərbaycan hərbçiləri tərəfindən verilən “Həyəcan” siqnalı əsasında  aşkar olunduqlarını anlayaraq geri  qayıtmaq məcburiyyətndə qalmışlar.  Bu, Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş  komandirinin etirafıdır. Buna təfsilatı ilə  bir daha nəzər yetirməyimizin səbəbi  Ermənistan hakimiyyətinin 12 iyul təxribatında olduğu kimi, Goranboy  təxribatında da  reallıqları ört-basdır etmək, itkilərini gizlətmək üçün «fədakarlıq» göstərməsidir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan  komandir Qurgen Alaverdyanın guya  «hərbi mövqeləri yoxlamaq üçün» gedərkən hava şəraitinin pis olması səbəbindən azdığını, hazırda onun axtarışının  davam etdirildiyini bildirib. Hər zaman  yalanın həqiqət üzərində qələbəsinə cəhd edən ermənilər bunun mümkünsüzlüyünün fərqində olsalar da, yenə də xislətlərinə uyğun addımlarından əl çəkmək istəmirlər”.

V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlərə yönəldib. “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev  bildirmişdir ki, Ermənistan ancaq əliyalın insanlara qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.

Baş redaktor bildirib ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu ya buraxılmalı, ya da işğalçını öz adı ilə çağırıb, illərdən bəri həllini gözləyən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasına yardımçı olmalıdır:”Azərbaycan xalqının mənasız danışıqlardan bezdiyini bildirən möhtərəm Prezidentimiz İlham Əliyev  qeyd edir ki, ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində  öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər. Azərbaycan xalqının səbri tükənməz deyil. Azərbaycanın güclü, işğal altında olan torpaqlarımızı azad etməyə qadir  ordusu vardır.  Bu gün xalq-iqtidar birliyi  Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ermənistan-Azərbayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım belə  geri  atılmayacaq.  Azərbayanın ərazi bütövlüyü bərpa edilməlidir və dövlətimizin  bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir”.

Ermənistanın hərbi təxribatının səbəblərindən bəhs edən Vüqar Rəhimzadə vurğulayıb ki, bunlardan biri düşmən ölkədəki iqtisadi və siyasi böhrandır:”Xaricdən maliyyələşən, xarici fondlardan maliyyə, təlimat alan və onların çevriliş texnologiyalarından  bəhrələnən dəstə  iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra  bir çox vədlər vermiş,  Ermənistanda çiçəklənmə, cənnət olacağını bildirmişdi. Amma bu vədləri yerinə yetirmək üçün  hakimiyyətdə nə  təcrübə, nə səriştə, nə də  daxili resurs var idi. Bu vədlərin iflasa uğraması Ermənistanda böhranlı vəziyyət yaradıb. Hazırda koronavirus infeksiyasına qarşı mübarizə dövründə bu bəladan  daha çox zərər çəkən işğalçı dövlətdir. Hakimiyyət COVID-19-la mübarizədə heç bir təcrübə, çıxış yolu ortaya qoya bilməyib.  Çıxılmaz vəziyyətdə olan işğalçı dövlətin hakimiyyəti  diqqəti istər daxildə, istərsə də beynəlxalq müstəvidə mövcud durumdan yayındırmaq üçün məqsədli şəkildə təxribatlara əl atır. Amma bunun da bir çıxış yolu olmadığı göz önündədir. Çünki ermənilərin, o cümlədən haqqında bəhs etdiyimiz Ermənistan ordusunun diversiya qrupunun əsir götürülmüş komandirinin etiraflarında vurğulandığı kimi, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 17:00
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ