Cümə axşamı günü, 22 oktyabr 2026
     

Ceyhun Bayramovun “Qarabağda xarici ermənilərin yerləşdirilməsi” məsələsini Rusiyada qaldırması ciddi nəticələr doğura bilər...

Image


Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində xaricdən gətirilən ermənilərin yerləşdirilməsi faktı dəfələrlə Azərbaycan rəsmiləri, siyasətçiləri, tarixçiləri tərəfindən gündəmə gətirilib.

Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların gözü qarşısında baş verən bu qanunsuz yerləşdirmə məsələsinə isə hələ də beynəlxalq birlik tərəfindən hər hansı formada etiraz bildirilməyib.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib ki, Qarabağa xaricdən gətirilən etnik ermənilər məskunlaşdırılır. Nazirin bu açıqlamasını Rusiya KİV-i geniş şəkildə yayımlayıb.

“Təəssüflə qeyd etməliyəm ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir”.

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən, Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə, öz növbəsində, beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın Xarici İşlər nazirinin bu məsələni Rusiyada diqqətə çatdırması və faktın bu ölkənin mətbuatında geniş səviyyədə tirajlanması müsbət nəticələrə səbəb ola bilər.

  • “Nazirin ermənilərin işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsi məsələsini Rusiyada sərt şəkildə qabartması...”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, bunun Rusiyada vurğulanması olduqca əhəmiyyətlidir. “Azərbaycanın Xarici İşlər nazirinin Moskvaya səfəri və orada danışıqlar aparılması, Azərbaycanın mövqeyinin aydın şəkildə ortaya qoyulması bütün cəhətlərdən müsbət dəyərləndirilməlidir. Ümumiyyətlə, ölkəmizin Xarici İşlər naziri dövlətimizin mövqeyini aydın şəkildə ortaya qoyur. Eyni zamanda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aydın və maraqlı tərəf kimi özünü nümayiş etdirdi. Nazir münaqişənin nizama salınmasına mane olan amilləri açıq şəkildə qabartdı. O, burada Ermənistanın status-kvonu saxlamaq cəhdini, erməni silahlı qüvvələrinin işğal olunan ərazilərimizdə qalması məsələsini və sairi açıq şəkildə qabartdı və birmənalı olaraq, dövlətimizin mövqeyini ortaya qoydu ki, bu məsələlər öz həllini tapmalıdır. Ermənistan münaqişənin nizama salınmasına imkan vermir. O, Ermənistanın, faktiki olaraq, barışmaz tərəf olduğunu göstərdi. O cəhətlər də xoşagələndir ki, həm həmsədr ölkələrin, o cümlədən də Rusiyanın bu məsələdə obyektiv və prinsipial mövqe tutmasını istədi. Azərbaycan tərəfi danışıqların davam etdirilməsinə şərt qoydu ki, bu məsələlər öz həllini tapmırsa, görüşlərin keçirilməsinin heç bir mənası yoxdur. O cümlədən, Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşlərinin keçirilməsinin heç bir mənası yoxdur. Hesab edirəm ki, Azərbaycanın yeni Xarici İşlər nazirinin bu məsələlərlə bağlı ortaya qoyduğu mövqe düzgündür və o istiqamətdə öz mövqeyini davam etdirməlidir. Vacib məsələlərdən biri də xaricdən gətirilən ermənilərin bizim ərazilərimizdə qanunsuz yerləşdirilməsi faktları ilə bağlıdır. Dəfələrlə bu fakt qeyd edilib, beynəlxalq təşkilatlar səviyyəsində səsləndirilib ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq işğal olunmuş ərazilərdə erməniləri məskunlaşdırmaq siyasəti aparır. Bilirsiniz ki, Ermənistan Livandakı son hadisələrlə bağlı oradakı ermənilərin Ermənistana, oradan isə işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi xəttini yeridir. Bəzi məlumatlara görə, ermənilərin köçürülmə prosesinə artıq başlayıblar. Fikrimcə, nazirin ermənilərin işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsi məsələsini Rusiyada sərt şəkildə qabartması, ortaya qoyması müsbət haldır və nəticə verə bilər. Digər həmsədr ölkələr də, ən azından, bununla hesablaşmalı olacaqlar. Bilirsiniz ki, verilən məlumatlara görə, bu səfərin nəticələrindən biri kimi həmsədrlər regiona səfər edəcəklər”.

QAT sədri qeyd etdi ki, həmsədrlərin səfəri ərəfəsində də Azərbaycan tərəfin rəsmi şəkildə bir sıra məsələləri, o cümlədən də Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşma faktını birmənalı şəkildə ortaya qoyması müsbət haldır. “Bunun müsbət nəticələri gözləniləndir, ola bilər. Nəticə o zaman hasil olur ki, birincisi, məsələ düzgün və məntiqlə, beynəlxalq hüquq normalarına uyğun olaraq qoyulur. Azərbaycanın da Xarici İşlər naziri bu mövqedən çıxış edir və beynəlxalq hüquqa söykənərək bu məsələni qoyur ki, danışıqlara mane olan hallardan biri Ermənistanın Azərbaycanın işğal altında saxladığı ərazilərində qanunsuz yerləşdirmə siyasəti aparmasıdır, digər qanunazidd hərəkətlər edir. Yəni həm xaricdən etnik ermənilərin köçürülərək bizim torpaqlarda qanunsuz məskunlaşdırılması, həm də orada həyata keçirilən qanunsuz tikinti işləri, müxtəlif infrastrukturların yaradılması danışıqlar prosesinə ciddi mane olur. Bütün bunlar isə Ermənistanın məkrli niyyətlərindən, beynəlxalq hüquq normalarına əhəmiyyət verməməsindən xəbər verir. Bu vəziyyətdə  Ermənistan özünü bu şəkildə aparırsa, Azərbaycan tam haqlı olaraq danışıqların davam etdirilməsinin mənasız olduğunu göstərir”.

QAT sədrinin sözlərinə görə, hər kəs sözdə danışıqlar prosesinin davam etdirilməsini deyir, o cümlədən, Rusiyanın Xarici İşlər naziri danışıqların davam etdirilməsinin vacib olduğunu bildirir. Bu istiqamətdə səyləri artırdıqlarını, danışıqların bərpa olunmasına çalışdıqlarını söyləyir. “Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma prosesi təhlükəli bir məsələdir. Bir müddətdən, ermənilər ora tam yerləşdirildikdən sonra onları oradan çıxarmaq özü çətin olacaq. Ən azından, gələcəyə də yönəlik bir məsələdir. Deyək ki, müəyyən bir vaxtdan sonra Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə beynəlxalq təşkilatlar, dünya birliyi orada kimlərinsə yaşadığını və sair deməsin. Azərbaycan öz haqlı mövqeyindən çıxış edəcək ki, biz zamanında bu məsələni qabartmışdıq, addımların qanunsuz olduğunu demişdik. Ona görə də bir tərəfi bu məsələnin aydın şəkildə qoyuluşudur, ikinci yöndən isə davamlı şəkildə bu məsələ ortada olmalıdır. Yəni deyildi və sabah da bunun üstündən keçildi və danışıqlar birtərəfli şəkildə davam etdirildisə, bunun nəticəsi olmayacaq. Amma Azərbaycan sona qədər bu məsələnin üstündə təkidlə dayanmalıdır, biz o zaman danışıqlar prosesini davam etdirəcəyik ki, Ermənistan tərəfi etdiyi bütün qanunsuz hərəkətləri aradan qaldırsın, o cümlədən də qanunsuz məskunlaşma siyasəti ilə bağlı bu ölkə mövqeyindən geri çəkilsin, geri çəkilməsə, danışıqlar davam etdirilməyəcək. Sona qədər Azərbaycan bu mövqeyi ortaya qoymaqda davam edəcəksə, əminəm ki, bunun müsbət nəticəsi olacaq” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 17:00
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ