Bazar günü günü, 25 oktyabr 2026
     

“Tovuz hadisələrinin arxasında Moskvada baş verən nələrsə dayanır” - Qarabağ münaqişəsini gözəl bilən Brayza nə demək istədi...

Image


ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən sabiq həmsədr Metyu Brayza cəbhədə baş verənlərlə bağlı belə bir fikir işlədib:"Ermənistan Rusiyanın müttəfiqidir və hər hansı ölkə ona hücum edərsə, Rusiya hərbi güclə buna müdaxilə edəcək, Ermənistan daxilindəki hərbi bazasındakı qüvvələrindən istifadə edəcək. Yəni bu hadisələrin arxasında Moskvada baş verən qəribə nələrsə dayanır”. Brayza kifayət qədər məlumatlı adam sayılır. Maraqlıdır, Moskvada baş verən nələr erməni təxribatına rəvac verə bilər?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi təhlilçilər də son günlər bu toqquşmalarda Rusiya amilindən danışmağa başlayıb:“Onlar əməliyyatların Dağlıq Qarabağda deyil, Azərbaycan üçün əhəmiyyətli Cənubi Qafqaz kəmərinə yaxın Tovuz rayonunda başlamasına diqqət çəkirlər. Bu kəmərlə Türkiyənin TANAP kəmərinə qaz vurulur. Təhlilçilər Rusiya-Türkiyə münasibətlərinin son vaxtlar soyuduğunu, Moskvanın Ankaraya qaz mənbələrini şaxələndirməmək üçün təzyiq göstərdiyini deyir. Suala cavab verməzdən öncə bu eskalasiyanın ən çox Ermənistan baş naziri Nikol Paşınyanın daxili narahatlıqları yatırması istiqamətində işinə yaradığını və onun vəziyyət çətinləşdikcə Azərbaycan-Ermənistan sərhədində belə bir təxribata əl atacağını bir neçə ay öncə proqnoz etdiyimizi xatılatmaq istəyirəm. Bir neçə həftə idi ki, Paşınyan pandemiyadan istifadə edib ölkə konstitusiyasını öz xeyrinə dəyişməsi üzərindən böyük etirazlarla üzləşmişdi. Bu halda hərbi eskalasiya onun işinə yaradı, çünki bu proseslər müharibə fonunda əhəmiyyətini itirdi. Ermənistan daxilində Moskvanın təsiri altında olan media Rusiyanın bu eskalasiya ilə baş nazir Nikol  Pashinyanı cəzalandırmağa çalışacağını iddia edir və Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonuna hərbi təxribatın arxasında Rusiyanın dayandığı fikrini fəal müzakirə edir. Bu fikrin əleyhinə olan bir neçə məqam var. Məsələn, Rusiyanın ideya müəllifi olduğu və total nəzarətində olan KTMT hərbi bloku Ermənistanı bu məsələdə dəstəkləmədi, bu mövzunun müzakirəsi gedəcək iclası belə təxirə saldı. Rusiyanın nufuzu üzərindən formalaşmış başqa bir qurumda - Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Minskdə keçirilən geniştərkibli iclasında Ermənistanın Baş nazirinə ünvanlanan suallarla faktiki eskalasiyanın yanlış qərar olmasını etiraf etməyə məcbur etdilər.

Bu mövzunu bir az da davam etdirə bilərik. Eskalasiyanın ilk günlərində Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyanı köməyə çağırırmış kimi Rusiya Xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Azərbaycanın Ermənistanla bərabər Rusiya silahlı qüvvələrinin mülkiyyətinə də ziyan vurduğunu söyləməsini xatırlatmaq istəyirəm. Bütün bunların fonunda onu da qeyd etmək istəyirəm ki, Azərbaycanı, bu qədər haqlı olduğu halda, yalnız Türkiyə açıq şəkildə dəstəklədi və ilk gündən bu eskalasiyanın Ermənistanı idarə edən kənar bir qüvvənin təşəbbüsü olduğunu dedi. Şəxsən mən də tam əminəm ki, Azərbaycan-Ermənistan sərhədinə yaxın Tovuz bölgəsində bu eskalasiya Nikol Paşınyanın öz hakimiyyətini qorumaq təşəbbüsü ilə paralel üçüncü qüvvənin operatorluğunda həyata keçirildi. Bu eskalasiya son illər Rusiya qazının Türkiyəyə tədarükünün 40% azaldığı və bunun əvəzinə Azərbaycan və Türkiyə arasında qazın Tovuz bölgəsindən keçən Bakı-Tiflis-Ərzurum boru kəməri ilə artırılması hesabına həyata keçirilməsi ilə davam edən proseslərin fonunda baş verdi”.

Ekspertin sözlərinə görə,  Bakı-Tiflis-Ərzurum boru kəmərinə yaranan təxribatların fonunda Türkiyənin prosesə çəlb olunması qaçılmaz olur:“Bu hadisələrin fonunda Türkiyənin hərbi qüvvələrini, texniki vasitələrini “Azərbaycan istifadə edə bilər” mesajını gördük. Bu,   Azərbaycana dəstəyin bütün parametrlər üzrə həyata keçiriləcəyinin anonsu idi. Bütün bunlar Bakı-Tiflis-Ərzurum qaz kəmərinin təhlükəsizliyini hədələyən və bunu Ermənistanın  məsuliyyəti kimi göstərməyə çalışan qüvvələrə mesaj idi. Bu hadisələrin fonunda 13 iyul tarixində Ermənistanın Naxçıvan istiqamətində Şərur və Cülfaya hücumları da təsadüfi deyildi. Çünki 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvan istiqamətində hərbi təxribatlara müdaxilə edə biləcək bir mandata sahibdir.

“Moskvada baş verən nələr erməni təxribatına rəvac verə bilər” sualına gəlsək, öncə hərbi təxribata uğrayan bölgənin iqtisadi mənzərəsini göstərmək lazımdır. Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü - Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil - E60 magistralı, Cənubi Qafqazı Avropa ilə birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu və s. hazırda hərbi toqquşmanın baş verdiyi ərazidən keçir. AB, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən “TransAvropa Nəqliyyat şəbəkəsi” layihəsində həlledici quru keçid koridoru məhz bu ərazidədir. Bütün bunlar istər Rusiaynı, istərsə də İranı sərhəddəki hərbi və Bakıdakı mülki təxribatlarda maraqlı tərəf etmə ehtimalını yüksəldir”.

Doğrudan da ermənilərin məhz dövlət sərhədimizin deyilən istiqamətində təxribatlara əl atması təsadüf sayıla bilməz. Gepolitik maraqların təmini fonunda Ermənistandan həm də bir alət kimi istifadə olunması faktı üzə çıxır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ