Sərhədin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq təxribatlar törədən Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə məğlub olduğunu etiraf edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin qələbəsini qeyd-şərtsiz qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə döyüşləri dayandırmaq üçün dinc danışıqların alternativi olmadığını deyib.
Belarusiyanın paytaxtı Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqı Şurasının iclasında çıxış edən erməni baş nazir, "Münaqişənin hərbi həlli yoxdur, dinc danışıqlara alternativ yoxdur. Bu, bölgəmizdəki bütün xalqların maraqlarına cavab verən bir həqiqətdir" deyib.