“Son günlərdə cəbhə xəttində yaşanan gərginlik fonunda hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olundu. Biz Ordumuzun gücünə inanırıq və ona da inanırıq ki, Sizin rəhbərliyinizlə bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunacaq. Bu gün Sizin əmrinizi gözləyən minlərlə gənclər var ki, bunlardan Yeni Azərbaycan Partiyasının gəncləri də hər an cəbhə bölgəsində əlində silah, dilində "Yaşasın Azərbaycan" şüarı ilə vuruşmağa canı-könüldən hazırdır. Biz Sizin gücünüzə inanırıq və bu çətin zamanda Sizin yanınızda yumruq kimi birləşmək hər bir Azərbaycan gəncinin ümdə borcudur”. Bu sözləri Bakının Binəqədi rayonundan Müzəffərli Səlcuq Vasif oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com