“Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordumuz bu gün Sizin sayənizdə Cənubi Qafqazın ən güclü ordusudur. Həmişə olduğu kimi, yenə də işğalçı qonşumuz Tovuz rayonunda dinc əhalinin üzərinə mərmi yağdırdı. 2016-cı ilin aprel ayında olduğu kimi, güclü ordumuz yenə düşmənə layiqli cavab verir.
...Belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq. İnşallah, Sizin rəhbərliyinizlə biz köçkünlər öz ata-baba yurdumuz olan Qarabağı azad edəcəyik. O torpağa axan şəhid qanları yerdə qalmayacaq. Xalqın daim Sizin ətrafınızda bir yumruq kimi birləşməsi Sizə olan inamdandır. Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir. Biz Sizinlə qürur duyuruq”. Bunu Ağdam rayondan 135 saylı köçkün tam orta məktəbinin tarix müəllimi Səlimova Aynurə Surxay qızı Prezident İlham Əliyevə müraciətində bildirib.