Masallı rayon sakini Nadirov Spartak Abı oğlu Prezident İlham Əliyevə müraciət edib.
“Bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını alan ordumuzun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə əsgərlərimizi dəstəkləyir, şərəfli Azərbaycan əsgərinin formasını geyinərək cəbhə bölgəsinə getmək, torpaqlarımızı erməni faşistlərindən azad etmək üçün əmrinizi gözləyirəm.
Sizinlə qürur duyuram. Qarabağda bayrağımızı dalğalandıranlardan biri olmaq arzusu ilə döyüş əmrinizə hazıram” - deyə S.Nadirov vurğulayıb.
Baki-xeber.com