Lerik rayonunun Barzavu kənd sakini Qənbərov Hakim Malik oğlu Prezident İlham Əliyevə yazdığı məktubda çox vacib məqamları önə çəkib. “Bu gün ölkəmizdə baş verənlər Lələtəpə, Bayraqtəpə, Günnüt zəfəri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamıdır. Bu möhtəşəm hissləri Vətənə sevgi, Sizin qətiyyətli siyasətiniz, dövlət-vətəndaş birliyi yaradıb.
Bu dönməz qətiyyətin sayəsində Sizin - Ali Baş Komandanımızın döyüş əmri ilə yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcəyimizə əminik.
Bu hissləri bizə yaşatdığınıza görə leriklilər adından Sizə minnətdaram. Dövlətim və millətim üçün həmişə döyüşməyə və şəhid olmağa hazıram. Vətən sağ olsun” - deyə H.Qənbərov vurğulayıb.
Baki-xeber.com