“Bu gün ordumuzun qüdrəti düşmən tərəfin canına təşviş salıb. Onların narahatlığı əbəs deyil. Əminik ki, güclü ordumuz Sizin sayənizdə torpaqlarımızı yağı düşməndən azad edəcək.
Mən ehtiyatda olan əsgərəm. Vətənin müdafiəsi uğrunda sağlamlığımı itirmişəm. Amma bu gün də yenidən Qarabağımızın azad olunması üçün döyüşməyə hazıram və əmrinizi gözləyirəm”. Bunları , Sabirabad rayonunun Qaragüney kəndindən Nağıyev Sənan Sabir oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com