Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində erməni silahlı qüvvələri hələ də təxribat törətməkdə davam edir. Bununla yanaşı ermənilər media üzərindən də təxribat edir, həqiqətəuğun olmayan informasiyalar yayırlar.
Erməni mediasında Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın növbəti bir iddiası yer alıb. Ş.Stepanyan iddia edib ki, guya Ermənistan tərəfdə Azərbaycanın hərbi qulluqçularının cəsədləri var (?). O, həmçinin qeyd edib ki, Azərbaycan ordusunun atəşi dayandıracağı (?) və müvafiq xoş niyyət göstərəcəyi (?) halda guya bizim Ermənistan ərazisində qalan hərbiçilərin meyitini götürmək üçün şərait yaradılacaq, amma bir şərtlə, Azərbaycan atəşi dayandırsın və uyğun şərait yaratsın (?).
Bildirək ki, Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Ş. Stepanyan həmçinin öz Facebook səhifəsində yazıb ki, guya “Erməni tərəfi səhər vəd etdiyi kimi, Azərbaycan tərəfinə halak olanların cəsədlərini mövqelərarası ərazidən çıxarmağa icazə verib” (?).
Qeyd edək ki, dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən mətbuata verilən açıqlamalarda Azərbaycanın düşmən tərəfdə bizim şəhid olan heç bir əsgərimizin, hərbi qulluqçumuzun meyitinin olmadığını bildirib. Erməni tərəf isə yenə də yalan yaymaqda, saxta məlumatları dövriyyəyə buraxmaqda davam edir.
“Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil...”
Ermənilərin növbəti əsassız iddialarına münasibət bildirməsi üçün Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Vaqif Dərhaglı ilə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə onun tərəfindən operativ cavab verilib.
V.Dərgahlı Müdafiə Nazirliyinin rəsmi Feysbuk səhifəsində erməni tərəfin iddiasını qəti şəkildə təkzib edərək qeyd edib ki, bu fikirlər birmənalı olaraq həqiqəti əks etdirmir: “Erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin” - deyə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi Feysbuk səhifəsində bidirib.
İradə SARIYEVA