Bazar günü günü, 25 oktyabr 2026
     

Sərhəd təxribatı Paşinyanın sonunu gətirir - baş nazir Ermənistanı müharibəyə sürükləməkdə ittiham olundu...

Image


Aparılan araşdırmalar və əldə edilən yeni məlumatlar göstərir ki, Tovuz istiqamətində baş verən məlum hadisələrdən sonra Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Bundan əlavə, düşmənin çoxsaylı zirehli texnikası, müdafiə istehkamları və digər hərbi obyektləri də ordumuzun sərrast atəşinə tuş gəlib. Düzdür, həmişə olduğu kimi, Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Amma elə ermənilərin sosial şəbəkə profillərində düşmənin çoxsaylı itkilərinə dair kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Buradakı məlumatlar düşmənin həm vahimə içində olması, həm də son toqquşmalarda ciddi itkilər verməsinin real təsdiqidir.

Məsələnin maraq doğuran tərəflərindən biri isə budur ki, Azərbaycan ordusunun erməni hərbi birləşmələrinə ağır zərbələr endirməsindən sonra Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar da artmaqdadır. Erməni ekspert, “Politekonomik” mərkəzinin rəhbəri Andranik Tevanyan bu fonda baş naziri Ermənistanı müharibəyə sürükləməkdə ittiham edib. Ekspert bildirir ki, Paşinyan danışıqlar prosesindən heç bir nəticə çıxarmadı və Ermənistanın genişmiqyaslı müharibəyə cəlb olunması üçün bütün şərtləri yaratdı:“Paşinyan Düşənbədə İlham Əliyevlə liftdə etdiyi söhbəti özünün təbliğatı üçün, Azərbaycan prezidenti isə Qarabağ cəbhəsində hərbi mövqelərini gücləndirmək üçün istifadə etdi. Daha sonra baş nazir KTMT-də Ermənistanın mövqeyini zəiflətdi, Ermənistan-Rusiya münasibətlərini korladı. Danışıqlar prosesində uğursuzluğa düçar oldu, hərçənd, bu uğursuzluq “məxməri” hökumətin super parlaq siyasəti kimi təqdim olundu. Xarici siyasətdə kobud səhvlərin nəticəsində Azərbaycanın mövqeləri gücləndi”. Tevanyan hesab edir ki, Ermənistanı yalnız möcüzə xilas edə bilər:“Digər ölkələrin ümidinə qalmaq günah, müttəfiqləri olmamaq isə dövlətə xəyanətdir”.

Erməni medisının yazdıqları, digər ekspertlərin açıqlamaları da göstərir ki, Tovuz döyüşlərində itkilərini gizlədən Ermənistanda narazılıq yaşanır. Əsas səbəblərdən biri Ermənistanın çoxsaylı itkilərlə üzləşməsi, eyni zamanda öldürülən erməni hərbçilərin ailələrinə yardımın edilməməsidir. Sosial şəbəkələrin erməni seqmentində bu məsələ ətrafında iki qrup var: bir qrup keçmiş müdafiə naziri Vigen Sarkisyanın dövründə yaradılan və orduya dəstək məqsədilə hər kəsdən toplanan 1000 dramın yığıldığı fondun ölən və yaralanan hərbçilərə maliyyə yardımı ayırmasını tələb edir, hakimiyyətə yaxın digər qrup isə buna qarşı çıxır və bildirir ki, “bizim mübarizəmiz var”. Erməni fəal Marine Manuçaryan sosial şəbəkə  səhifəsində bu haqda yazır:“Son döyüşlərdə öldürülən və yaralanan hərbçilərin ailələrinə kompensasiyanın verilməsinə qarşı çıxırlar. Burada deyərlər ki, 29 ildir respublikamız var, həmişə qaraçı olmusunuz və qaraçı olaraq qalacaqsınız”. Manuçaryan daha sonra “aprel müharibəsi”ndə Azərbaycanın əraziləri azad etməsini xatırladaraq, Paşinyana yaxın qrupları tənqid edir:“Buna inanmayacaqsınız, amma 2000 hektar ərazi tirildikdən sonra Jirayr Sefilyan Tavuş xəttində irəli getmək istəyir. Lakin burada da uğursuzluqlar var”.  Erməni fəal etiraf edir ki, ölkəsinin hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu Errmənistanın onlarla hərbiçinin və çoxsaylı texnikasının məhv edilməsi ilə nəticələnib.
Digər erməni hərbi ekspert Gevorq Gevorqyanın sözlərinə görə, baş verənlərin günahkarı Paşinyandır. O hesab edir ki, Sankt-Peterburq və Vyana razılaşmaları ləğv edildikdən sonra Azərbaycan beynəlxalq arenada özü üçün daha əlverişli mövqe tutub. Erməni hərbi ekspert vurğulayıb ki, döyüşlər bir gün bir tərəfdən başlayacaq:“Bu bir yerdən partlayacaq, Naxçıvan, Qarabağ, yoxsa Ermənistan sərhədi boyunca, bilmirəm, amma mütləq partlayacaq”. Rusiyalı politoloq Stanislav Tarasov da indiki halda Paşinyanın çətin durumda olduğunu bildirir və sərhəd toqquşmalarının məhz Ermənistan üzündən baş verdiyinin getdikcə daha aydın olduğunu qeyd edir:"Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisə çox müəmmalı xarakterə malikdir. Məntiqi izahat axtarmaq çətindir. Azərbaycan-Ermənistan sərhədindəki gərginlik Qarabağ istiqamətində baş verən münaqişə ilə əlaqəli olmadığı üçün müəmmalıdır və ikinci məsələ kimin bunda maraqlı olmasıdır. Təsəvvür etmək çox çətindir ki, Azərbaycan Ermənistana qarşı müharibəyə başlasın və bununla KTMT və digər strukturların müvafiq reaksiyasına səbəb olsun. Tavuşda baş verənlər bizim üçün müəmmalı xarakterə malikdir, bir neçə ssenari var. Amma ən real olanı budur ki, toqquşma Ermənistan üzündən başlayıb və bu da böyük itkilər verən Ermənistanı artıq çətin vəziyyətdə qoyur". Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, politoloq Andrey İvanovun da məsələyə münasibəti maraqlıdır:“Baş nazir Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi. Vətəndaşlarına hər hansı bir uğurlu nailiyyətini nümayiş etdirə bilməyən Paşinyan açıq siyasi təxribatlara əl atdı. Bu yolla Ermənistanın baş naziri əhalinin diqqətini bu günə qədər yığılıb qalan daxili problemlərdən, o cümlədən iqtisadi problemlərdən yayındırmağa çalışır. Lakin cəbhədə itkilər indi ona qarşı ən böyük arqumentə çevrilib”. Bütün bunlar sərhəd təxribatının artıq Paşinyanın sonunu gətirməkdə olduğunu göstərir.

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ