Bazar günü günü, 25 oktyabr 2026
     

Ankaradan İrəvana sərt hərbi və diplomatik cavablar düşmən ölkənin gündəmini qarışdırdı...

Image


Azərbaycan-Ermənistan sərhədində düşmən tərəfinin hələ də bitməyən təxribatlarına qarşı ən sərt mövqe sərgiləyən ölkələrdən biri qardaş Türkiyə oldu. Məlum hadisələr başlayandan dərhal sonra Türkiyə ən yüksək səviyyədə Azərbaycanın yanında olduğunu, Ermənistanın təxribatını şiddətlə qınadığını bəyan etdi. Eyni zamanda, Ankara istənilən istiqamət üzrə Azərbaycana kömək etməyə hazır olduğunu da vurğuladı.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim isə qeyd edir ki, hələ də Türkiyənin hər yerindən Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısına ölkəmizi dəstəkləmək üçün gəlirlər. Onun sözlərinə görə, bu fonda iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir:"Son günlər Ermənistanın Azərbaycanla sərhəddə təxribatı göstərdi ki, iki ölkə arasında ənənəvi iqtisadi sahələrlə yanaşı, müasir sahələrdə də əməkdaşlığımızı artırmalıyıq. Mən müdafiə sənayesi sahəsində olan əməkdaşlığımızı nəzərdə tuturam. İki ölkənin müdafiə sənayesi sahəsində çox sıx əməkdaşlığı var və biz bu əməkdaşlığı daha da genişləndirməliyik”. Bunlar fonunda daha bir mühüm məqam Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları həyata keçirməsi oldu. Nəzarət uçuşlarına, adi PUA-larla yanaşı, silahlı PUA-lar da qatılıb. Daha sonra isə uçuşlara F-16 qırıcıları qoşulub. Erməni mediası yazır ki, Türkiyə bununla İrəvana açıq xəbərdarlıq edir. Məsələ ilə bağlı “politik.am” portalı yazır:“Türkiyə sərhəd toqquşmalarından dərhal sonra da Azərbaycanın yanında olduğunu bildirdi, sərhələrimizdə güc nümayiş etdirdi. Ankaranın Bakıya yardım üçün ictimaiyyətə açıqlanmayan yenı addımlar atması da istisna deyil. Ermənistana isə hələ də hansısa yardım edən ölkə yoxdur”.

Erməni tərəfini narahat edən daha bir məqam Türkiyənin müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirovun görüşüdür. Görüşün sərhəd toqquşmaları vaxtına təsadüf etməsi və Hulusi Akarın verdiyi açıqlamalar düşmən ölkənin narahatlığını daha da artırıb. Ermənistanın Azərbaycanla sərhədinin Tovuz rayonu istiqamətində 12 iyuldan etibarən həyata keçirdiyi təxribat haqqında danışan türk nazir bildirib ki, Dağlıq Qarabağ heç bir hüquqi səbəb olmadan və qanunazidd şəkildə işğal olunub, bu, Türkiyə üçün qəbuledilməzdir:“Qəbul etməyimizin mümkün olmadığını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların verəcəyi bütün mücadilələrdə onlarla birgə olduğumuzu, cənab prezidentimiz başda olmaqla, Türkiyədə hərbi və mülki hər kəs ifadə edir, bütün xalqımız bu duyğu və düşüncəni paylaşır. Buna bütün qəlbimizlə inanırıq ki, biz iki dövlət, bir millətik. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və qürurda birlikdəyik. Cənab prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu həqiqətən də, ermənilərin boyundan böyük təşəbbüsdür”. Nazir vurğulayıb ki, Türkiyə Respublikası və Türkiyə Silahlı Qüvvələri əlindən gələn nə varsa, etməyə davam edəcək: “Bundan kimsənin şübhəsi olmasın!”. Nazir qeyd edib ki, Ermənistan törətdiyi təxribatla həddini aşıb: “Tovuza edilən hücumlarla bağlı hansı addımın atılması lazımdırsa, onu edəcəyik. Azərbaycanın ağrıları, bizim ağrılarımızdır. Orada yaşanan hər bir sıxıntı bura da öz təsirini göstərir. Bunu hamınızın bilməsini istərdim. Dağlıq Qarabağın işğalını, bu qanunsuzluğu qəbul etməyimizin mümkün olmadığını bildirmişik. Bir millət, iki dövlətik, dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir. Biz Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımdırsa edəcəyik, bu günə qədər necə dəstək vermişiksə, yenə də buna davam edəcəyik”.

Ermənistanın Xarici İşlər Nazirliyi isə Ankaranın belə bir mövqe sərgiləməsinin qəbuledilməz olduğunu bildirir. Buna da Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq sərt cavab verib:“Ermənistan hakimiyyəti ağlını başına toplamalı və Cənubi Qafqazda problemlərin deyil, həlli yollarının bir parçası olmağı tez zamanda öyrənməlidir”. Bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini ört-basdır etmək üçün Türkiyə əleyhinə riyakar qaralama kampaniyası aparmağa cəhd göstərdiyi bildirilib: “Azərbaycan torpaqlarında illərdir qanunsuz işğal aparan Ermənistanın bu ikiüzlü davranışı Cənubi Qafqazda daimi sülh və sabitliyin təmin olunmasının qarşısındakı əsl əngəlin kim olduğunu açıq-aydın şəkildə ortaya qoymaqdadır”. Eləcə də bəyanatda məzmununa aidiyyəti olmayan ittiham və böhtanlarla xarici siyasət yürütməyin nə bölgəyə, nə də Ermənistana fayda verdiyi vurğulanıb:“Bu mövqe şəxsiyyətini təktərəfli tarix anlayışından sadəcə düşmənçilik çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüzünü qanuniləşdirməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu şikəst münasibət kədərlidir, lakin təəccüblü deyil”. Bu arada, Türkiyə Böyük Millət Məclisi Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri ilə bağlı açıqlama yayıb. Sənəd parlamentdə təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya tərəfindən qəbul edilib.

Açıqlamada iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdləri kəskin şəkildə pislənir. Diqqətə çatdırılır ki, Ermənistan təhlükəli yoldadır:“İllərdən bəri Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayan Ermənistan yeni hücumları ilə Cənubi Qafqazda uzunmüddətli sülhə və sabitliyə ən böyük maneədir. Beynəlxalq ictimaiyyəti haqq və hüquqları heçə sayan Ermənistanın bu davranışına təpki göstərməyə çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin və ərazi bütövlüyünün qorunması çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyimizi təkrarlayırıq. Ermənistan BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun qərar və qətnamələrinə əməl edərək işğal altında saxladığı Azərbaycan ərazilərini tərk etməlidir.

“Bir millət, iki dövlət” anlayışı ilə daim sabitlik və firavanlığın müdafiəçisi olan Türkiyə bundan sonra da bütün imkanları ilə ərazi bütövlüyünü bərpa etmək mübarizəsində Azərbaycanın yanında yer almaqda davam edəcək. Azərbaycanlı şəhidlərimiz üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı, yaralılara tezliklə şəfa tapmaq diləyirik”.

Bütün bunlar göstərir ki, Türkiyə həm hərbi-siyasi, həm də diplomatik müstəvidə Ermənistana kifayət qədər sərt cavablar verir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ