Bazar günü günü, 25 oktyabr 2026
     

“Ermənistan hakimiyyəti son təxribatı zamanı üzləşdiyi çoxsaylı itkini gizlətməkdə acizdir” - Vüqar Rəhimzadə

Image


“Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ölkəmizin dayanıqli inkişafı bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirir. Dövlətimizin Silahlı Qüvvələrə  göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycanın ənənəvi olaraq Beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi də dövlətimizin ordu quruculuğunda qazandığı uğurlara, eyni zamanda, dünyanın silah istehsalı sahəsində öndə gedən ölkələri və transmilli şirkətləri ilə  əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə əsaslanır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində baş verən döyüşlərdə bir daha öz gücünü, qüdrətini nümayiş etdirdi: “Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid verdi. Azərbaycan tərəfi hərbi əməliyyatların gedişi zamanı operativ surətdə itkilərlə bağlı dəqiq rəsmi məlumatlar açıqlasa da, erməni tərəfi xislətinə uyğun olaraq əvvəlcə israrla heç bir itki vermədiyini iddia edirdi. Artıq, necə deyərlər, “cidanı çuvalda gizlətmək” mümkün deyil. Azərbaycan tərəfinin düşmənin xaincəsinə hücumunun ilk anlarından Ermənistan ordusunun ciddi itkilər verməsi barədə reallığa əsaslanan rəsmi məlumatları işğalçı dövlət tərəfindən etiraf olunmaqdadır.  Düşmən ölkənin sosial mediasında  Tovuz istiqamətində hücumu zamanı Ermənistan silahlı qüvvələrinin 100-dən artıq əsgər və zabit itkisi ilə üzləşdiyi, xeyli sayda hərbi texnikasının məhv edildiyi  barədə məlumatlar yayılıb və bu informasiyalar erməni cəmiyyətində böyük ajiotaj və təlaş yaradıb.”

 “Göründüyü kimi, Azərbaycan Ordusunun yenilməz gücü və qüdrəti qarşısında erməni ordusunun zəifliyi daha qabarıq şəkildə özünü büruzə verir” söyləyən V.Rəhimzadə qeyd edib ki,  iqtisadi böhran içərisində çabalayan Ermənistanın son təxribatına Azərbaycan Ordusunun verdiyi adekvat cavabdan sonra işğalçı ölkənin siyasi və hərbi rəhbərliyinin hər hansı bir sahədə, o cümlədən ordu quruculuğunda inkişafdan  danışması təəccüb doğurar. Hazırda, yəni, qlobal problem olaraq həlli qlobal səviyyədə  birlik, həmrəylik tələb edən COVID-19-un agır nəticələrini yaşayan işğalçı Ermənistanın istər daxildəki problemlər, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması məqsədilə törətdiyi son təxribat işğalçı dövlətin ordusunda da yaşanan duruma  aydınlıq gətirdi. Bu baxımdan ki, Ermənistan ordusunda generallar, zabitlər əsgərlərin arxasında gizlənərək oz canlarıni qoruyur, onları döyüşlərə cəlb edərək həlak olmalarına səbəb olurlar. Amma yağı düşməndən fərqli olaraq  Azərbaycan Ordusunun generalı  tabeliyində olan  hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək üçün  öz canını hər an qurban verməyə hazır olduğunu nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin son təxribat əməllərinin qarşısı qətiyyətlə alınarkən əsgərlərlə birlikdə ön xətdə döyüşərək həlak olan ordumuzun general-mayoru Polad Həşimovun və digər yüksək çinli şəhid zabitlərimizin qəhrəmanlıq nümunəsi bunu bir daha sübut etdi.”

Baş redaktor  Ermənistan hakimiyyətinin döyüşlərdə həlak olanların sayını azaltmaq cəhdini  düşmənin acizliyi, cılızlığı kimi dəyərləndirərək bildirib ki, bu yolla ordu barədə güclü imic yaratmaq mümkün deyil: “Siyasi  savadsızlıq və korafəhmlik  belə bir yanaşmaya əsas versə də, reallıq budur ki, hərbi təxribatdan, döyüşdən söhbət gedirsə, itki qaçılmaz olacaq.  Bugünədək siyasətini, təbliğatını yalan üzərində quran, özünə saxta tarix yazıb illərdir işğalçılıq siyasəti ucbatından iqtisadi çətinliklər məngənəsində boğulan bir dövlətin rəhbərliyi itkiləri də inkar yolunu tutursa, artıq  bunun geniş şərhə ehtiyacı yoxdur.  Çünki bu günlər  istər xarici KİV-lərdə, istərsə də Ermənistan mətbuatında döyüşlərdə xeyli sayda erməni hərbçilərinin  həlak olduğu faktlar əsasında açıqlanır.  Bildirilir ki, Ermənistan silahlı qüvvələri istər hərbi texnika, istərsə də  canlı qüvvə baxımından ciddi  itkilər verərək geri oturmağa məcbur edilib.  Görünür, Ermənistan hakimiyyəti azadlığını və müstəqilliyini boğmaga cəhd etdiyi  öz mətbuatında yer alan bu məlumatlardan xəbəsizdir.”

Vüqar Rəhimzadə bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan  ənənəsinə uyğun olaraq yalan təbliğata əl atıb: “Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti  bildirir ki, guya  Azərbaycan əsgərləri “UAZ” markalı maşınla sərhədi keçməyə cəhd göstərdikdən sonra ermənilər xəbərdarlıq atəşi açaraq həmin əsgərləri maşını tərk etməyə məcbur ediblər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü  bir saatdan sonra Azərbaycan qoşunlarının ikinci dəfə cəbhəni keçməyə cəhd göstərdiklərini,  bu zaman artilleriya atəşindən istifadə etdiklərini iddia edir. Bu, ermənilərin növbəti riyakarlığıdır. Onlar  nə qədər hiyləgər,  mənəviyyatsız olduqlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdilər.

«Ermənistan tərəfinin yaydığı yalan məlumatlar o miqyasa çatıb ki, nəinki Azərbaycanın, hətta xarici mətbuatın belə nəzərindən yayınmır» söyləyən baş redaktor vurğulayıb ki,  Almaniyanın “Bild” nəşrinin jurnalisti, siyasi analitik Yulian Röpke öz “Twitter” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin yaydığı videonu şərh edərək yazıb ki, görüntülərdəki əslində PUA yox, iki mühərrikli ensiz mülki təyyarədir. Almaniyalı jurnalist bir tərəfdən havadan müdafiə sistemlərinin mülki təyyarəyə tuşlanmasına, digər tərəfdən isə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi “YouTube” səhifəsində bu cür yalan videoların yerləşdirilməsinə təəccübləndiyini bildirib.

V.Rəhimzadə qeyd edib ki, törətdikləri təxribatı Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərən Ermənistanın hakimiyyət orqanları bununla yenə də dünyanın diqqətini özlərinin işğalçılıq, faşizm siyasətlərindən yayındırmağa çalışır, belə rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan sülh danışıqlarında maraqlı olmadığı üçün hərbi təxribatlara əl atır. Nəzərə alsaq ki, döyüşlər Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla  aparılıb, Ermənistanın məqsədi bəlli olur: Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, yeni bir münaqişə mənbəyi yaratmaq. Bu reallıqlar bir sıra beynəlxalq təşkilatların, dövlətlərin təxribatla bağlı yaydıqları bəyanatlarda da öz əksini tapıb.”

Baş redaktor vurğulayıb  ki, diqqəti çəkən əsas məqamlardan biri də  odur ki, bir sıra beynəlxalq  təşkilatlar, o cümlədən  BMT-nin Baş katibi ermənilərin hərbi təxribatına münasibət bildirsə də, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də ənənələrinə uyğun olaraq seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Düşünürük ki, BMT səviyyəsində pislənilən bu təxribat ATƏT-in Minsk qrupunun həmsədrlərinə missiyası ilə bağlı xatırlatmalar etməklə yanaşı, onu işğalçını öz adı ilə çağırmağa vadar edəcəkdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ