08/08/2020 12:07
728 x 90

Könüllü hərbi xidmət üçün müraciət edən 4 min nəfər qeydə alındı

img

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlərin hamısı qeydiyyatdadır. “Trend”in məlumatlna görə, bunu iyulun 16-da keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, bu gün vətəndaşın gəlib müraciət etməsinə ehtiyac yoxdur:"Hazırda xidmət iyul ayı üzrə çağırışları davam etdirir. Çağırışçılar Operativ Qərargahın tapşırıqlarına riayət olunmaqla çağırışa cəlb edilir və hərbi hissələrə göndərilir. Hərbi hissəyə daxil olan çağırışçı nəzarətə götürülür, yoxlanılır və karantin müddətində saxlanılır. Çağırış yerləri, çağırışçıların daşındığı nəqliyyat vasitələri dezinfeksiya edilir. Əgər hansısa çağırışçıda xəstəlik aşkarlanarsa, dərhal nəzarətə götürülür".

“Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb”. Bunu da general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hər hansısa səfərbərlik olarsa, hərbi hissələrdən əlavə kadr istənilərsə, xidmət hərbi hissələri həmin vakansiyalar üzrə kadrlarla təmin edir. Müharibə dövründə zərurət yaranarsa, qurum hazırladığı kadrları xidmətə göndərə bilər:"Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilə bilər. Bəzi şəxslər hərbi xidmətə getmək istədiklərini deyirlər. Bildririk ki, hər bir kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin çıxışından sonra biz xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlamışıq.

Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.

Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildirir ki, bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz könüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə, biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal qaydada müraciət edib qeydiyyata durmalıdır. Hazırda proses davam edir. Eyni zamanda, xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər var və onlar da qeydiyyata alınır".

Son xəbərlər