Bazar günü günü, 25 oktyabr 2026
     

Fərəc Quliyev: “…Aran və Dağlıq Qarabağda yerləşən Ermənistan işğalçı ordusu məhv edilməlidir”

Image


- Fərəc Bəy, Ermənistanın “Tovuz rayonu” əməliyyatı hansı məkrli planları həyata keçirməyə hesablanmışdı?

- İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində başladığı əməliyyatlar müharibəyə yeni bir mahiyyət verir. Yəni, indiyə qədər Ermənistan tərəf daha çox istəyirdi ki ,danışıqlar formatı da dəyişsin və tərəf kimi Dağlıq Qarabağda quraşdırdıqları separatçı rejimin - “Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə danışıqlar aparılsın. Dolayısı ilə onlar bildirmək istəyirdilər ki, proseslərdə Ermənistanın əli yoxdur və Azərbaycan ərazilərini işğal edənlər elə buradakı separatçı rejimin hərbi qüvvələridir. Əlbəttə, biz həmişə öz faktlarımızla Ermənistan tərəfdən ortaya qoyulan bu iddiaları alt -üst eləmişik. Məsəl üçün, mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlılar ordan 100 km-lə aralı olan Naxçıvanın Kərki kəndini və yaxud da Qazax rayonunun ərazisini necə işğal edə bilərlər? Bu iddialar əlbəttə fiaskoya uğramışdı .Amma baş verən son hadisə həm də onu göstərirdi ki, artıq Ermənistan tərəf Dağlıq və Aran Qarabağdan çox-çox aralıda hərbi əməliyyat başlamaqla müharibədə tərəfdir və bunu bir daha təsdiqlədi. Bu bir çox məkrli planları həyata keçirməyə hesablansa da, Azərbaycan Ermənistan ərazilərinə daxil olmamaqla bu planları pozdu. Çox bilən quş dimdiyindən tora düşər, deyiblər.Bu əməliyyatlarda bütün dünya gördü ki, Azərbaycana qarşı müharibəni Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlılar aparmırlar. Ermənistan Respublikası tərəfindən aparılır və Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərdəki ordu da Ermənistan ordusudur. Doğrudur, 2016-cı ildə savaşda 100-lərlə meyit Ermənistana aparılanda məlum oldu ki, öldürülmüş hərbçilər Ermənistan ordusunun əsgərləridirlər. Amma hər halda son hadisə də bunu bir daha sübut elədi. Ermənistan tərəfi çalışdı ki, Azərbaycan tərəfini Dağlıq və Aran Qarabağda yox, Qarabagdan uzaq bir yerdə Ermənistanın içərisinə irəliləməyə təhrik etsin. Çünki buna qədər artıq müəyyən tədbirlər görmüşdülər .Tovuz ətrafı cəbhə bölgəsinə Ermənistanın Fövqəladə Hallar Naziri gəlmişdi, baxmışdı, müəyyən hazırlıqlar görmüşdülər və s .Bu bir plan idi. Baş verən hadisədən sonra dərhal Ermənistan Müdafiə Nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına(KTMT) müraciət etməsi də onu göstərir ki, daha çox Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını üz-üzə qoymaq, prosesə artıq KTMT-ni fəal şəkildə qatmaqda maraqlı idilər .Amma bu bleflər də keçmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının iclası hətta təxirə salındı. Oradakı dövlətlər Azərbaycan ilə xoş münasibətdədirlər və əslində nə baş verdiyini də çox gözəl bilirlər. Azərbaycan ordusuda bu bölgədə Ermənistan ərazisinə daxil olmadı, ermənilərə uzaq məsafədən cavablar verildi, atəş nöqtələri susduruldu. Hesab edirəm ki, sərhədləri qorumaq şərti ilə,paralel olaraq Ermənistanın Aran və Dağlıq Qarabağda yerləşən işğalçı ordusu zərərsizləşdirilməlidir, darmadağın olunmalı, məhv edilməlidir. Bizim əməliyyatlarımız daha çox öz ərazilərmizdə keçirilməlidir. Bunun üçün Ermənistan o fürsəti bir daha veribdir.

- Planları pozulmuş Ermənistanın yaxın dövr üçün istəyi nə olacaq, biz nə etməliyik?
- Təbii ki, biz Ermənistanın növbətti gedişini gözləyib cavab verməli deyilik.Özümüzün “yol xəritəsində”müəyyən yeniləmələr edərək ərazilərrimizin azad olunmasına nail olmalıyıq.
Ermənistan təbii ki,taym-aut götürməyə çalışacaq.Ora-bura şikayət eləməsi də buna görədir. Ermənistan gözlədiyi nəticəni almadı.Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının da dəstəyini almadı və ATƏT-in rəhbərliyinə də müraciət eləmişdi, oradan da istədiyi nəticəni almadı. Artıq ermənilər anlayırlar ki, bu 2016-cı il deyil. Sığortalanmayıblar.Azərbaycan tərəfi üçün də bu bir test oldu. Hər halda Rusiyanın son hadisədən sonrakı qoyduğu tövr də, mövqe də əvvəlkilərdən yaxşı mənada fərqləndi. Rusiya siyasi eksperti Deniz Karkatinov deyir ki, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər. İşğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması və atəşkəsin təmin olunması. Sadə bir fikir deyir ,amma əslində söhbət ondan gedir ki, Rusiya da başa düşür ki, bizim torpaqlarımız işğal olunubdu. Biz Ermənistan ərazisinə girib əməliyyat aparmadıq və aparmırıq. Amma işğal olunmuş ərazilərimizi azad eləmək haqqımızdır. 2016-cı ildə işğal siyasətinə son verməyimiz üçün apardığımız hərbi əməliyyatlarda Rusiya hücumun dayandırılmasını istəmişdi . Həm super dövlət kimi, həm də ümumiyyətlə ATƏT-in Minsk qrupunun üzvü kimi Azərbaycan tərəfinə dinc yolla məsələnin həll olunmasını söz vermişdilər. Azərbaycanın əlində alibi var ki, siz o vaxt dediniz, biz də hucumu dayandırdıq ,amma dinc yolla məsələ həll olunmadı. Ona görə biz indi Dağlıq Qarabağ və Aran Qarabağda, yəni işğal olumuş bütün ərazilərimizdə Ermənistan odusunu zərərsizləşdirmək əməliyyatlarını keçirmək məcburiyyətindəyik. Tovuz rayonunda baş verən hadisələri ayrıca götürmək olmaz. Ermənistan tərəfi Naxçıvan istiqamətində də əməliyyatlar keçirdi. Burda böyük oyunların elementləri görsənir və bu məsələlər təkcə Ermənistanın başında hazırlanan məsələlərə də oxşamır. Bunu Türkiyə prezidenti Ərdoğan dünənki çıxışında da xüsusi qeyd elədi. Amma hər halda bir böyük vətən savaşı başlayırsa, biz ciddi şəkildə hazırlığımızı görməliyik. Türkiyənin verdiyi mesajlara da planlarımızda yer verməliyik. Türkiyə artıq açıq şəkildə bildirir ki, indiyə qədər biz siyasi çözümdə Azərbaycanın yanındayıq deyirdiksə, indi bütün çözümlərdə Azərbaycanın yanındayıq deyirik. Xüsusilə altını cızaraq Türkiyənin xarici işlər naziri cənab Çavuşoğlu deyir ki, “bilərəkdən bu ifadəni mən bir də işlədirəm”. Biz Türkiyə ilə də oturub danışmalıyıq . Rusiya ilə də danışılmalıdır ki, məsələlərə müdaxilə eləməsinlər,işğal olunmuş ərazilərdə rusiya əsgəri,texnikası varsa çıxarsınlar ki,zərər görməsinlər.Bizim savaşımız işğalçı Ermənistan ordusu ilədir. Biz Azərbaycanın daxilində öz ərazilərimizin təmizlənməsi ilə bağlı fəaliyyət göstərmək istəyirik . Erməniztan da qan tökülməsini istəmirsə buyursun qısa zaman ərzində, tutaq ki, 15 günə, bir aya texniki imkanlar çatan qədər işğalçı ordu ölkəni tərk eləsin və bundan sonra danışıqlar başlaya bilər.İşğalçılar ölkəni tərk edəndən sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni əsilli azərbaycanlılarla bağlı müəyyən məsələlər müzakirə oluna bilər. Hərçənd ki, Azərbaycan tərəfi həmişə elan edib ki, biz bütün vətəndaşlarımızın, o cümlədən erməni əsilli vətəndaşlarımızın bütün Konstitusyadakı bütün hüquqlarını təmin etmişik və bundan sonra da eləməyə hazırıq. Azərbaycan tərəf bütün etnoslara münasibətində göstərdiyi münasibət ilə də bunu əməlində sübut edibdi.
- Əhalinin baş verənlərə münasibəti qane edicidirmi?
Dünən baş verən hadisələri, biz gərək ciddi şəkildə nəzərə alaq. Yəni, əslində bütün Azərbaycan əhalisinin ordumuza və dövlətimizə verdiyi dəstək ifadəsi qürurverici idi. Yenə erməni tərəfdən postlar qoyulub, onların zabitləri döyüş bölgələrindən qaçırlar və onlar həbs olunurlar. Amma Azərbaycan vətəndaşları döyüşə can atırlar. Bu Azərbaycan cəmiyyətində vətənpəprvərlik hissinin yüksək səviyyədə qalmasını göstərir .Hamının ordu ilə, Ali Baş Komandan ilə bir yerdə olduğunu göstərir. Bu gün bizim də qoşulduğumuz ,43 partiyanın verdiyi bəyanatda da bu öz ifadəsini tapıbdı. Bütün siyasi kəsim demək olar ki, bu məsələdə öz iradəsini ifadə edibdi. Amma küçələrə çıxmaq və ya hər hansı formada dəstək ifadə edənlər iki fərqli qrup insanlar ola bilər. Bir qismi səmimi şəkildə bu məsələlərə vətənpərvərlik mövqeyindən əl qoyurlar və biz bunları təqdir edirik. Kimisi savaş bölgəsinə getmək istəyir, kimisi dəstək vermək istəyir .Amma bunlar mərkəzləşmiş rəsmi şəkildə, müvafiq strukturlara müraciət şəkilində olunmalıdır. Hər bölgədə, hər yerdə vətənpərvər insanlarımız var. Amma hərə bir yerdə qrup halında qərar verib onun icrası ilə məşğul ola bilməz. Bu mümkün deyil və effektli ola bilməz . Bu pozucu bir işə çevrilə bilər. Ikinci qrup adamlarsa bu məsələdə insanların duyğusundan istifadə edib təxribat törədə bilərlər. Çox təəssüflər olsun ki, dünən gecə saatlarında ordu ilə həmrəylik, şəhidlərimizə rəğbət göstərilən göstərilər sonda xüsusi hazırlanmış qüvvələr tərəfindən, təxribatçı qüvvələr tərəfindən, başqa dövlətlərin burda olan maşaları tərəfindən təxribata çevrildi və parament binasına daxil oldular. Bu çox üzücü hal idi. Azərbaycan polisinə qarşı olan hərəkətlər çox üzücü hal idi. O göstərilərdə polis də iştirak edirdi, orda iştirak edənlərə su verirdi. Hərbiçilərimiz işirak edirdi, həmrəylik nümayiş etdirirdi, heç kimə də maneə olunmurdu. Görünür, hamımız çox sayıq olmalıyıq. Burda Azərbaycanı sevməyən dövlətlərin kəşfiyyat strukturları təbii ki, işləyir. Ermənstanın müttəfiqləri olan dövlətlərin adamları var. Ermənistanın özünün xidmətində olan adamlar var. Ermənistanı himayə edən qurumların maliyyələşdirdiyi qeyri hökumət təşkilatlarının fəalları , adamları var. Biz çalışmalıyıq ki, bu məsələnin qarşısı çox qətiyyətlə alınsın. Belə məqamlarda arxa cəbhə ön cəbhə qədər ,bəlkə ondan daha artıq önəmlidir. Əvvəla əsgərin fikri arxa cəbhədəki hadisələrdə qalmalı deyil. Biz şəhid veririk, generalımız ,əsgər və zabitlərimiz, mülki şəxslər şəhid olub , burda isə kimsə Milli Məclisin binasına daxil olur, insanların duyğusundan istifadə edir, bölücü ,təxribatçı fikirlər söyləyir. Belə halda əsgərimiz hansı əhval ruhiyyəni yaşıyar? Bu doğru deyil axı. Ikinci bir tərəfdən dövlət avtoritetini sındırmağa çalışırlar. Bu da çox zərərli bir tendensiyadır. Azərbaycan ordusu daha ciddi döyüşlərə hazırlaşdığı bu dönəmdə Ermənistan tərəfdə bir çaşqınlıq var idi. Onlar Azərbaycan ictimai rəyini gördükdə çox narahat olmuşdular. Topdan, tüfəngdən çox ölkədəki əhalinin birliyi düşmən tərəfi çox sarsıdır. Bunun üzərinə kölgə salmaq sadə məsələ deyil. Gedib parlamentin binasına daxil olmaq da elə belə duyğusal hərəkətə bağlı olan məsələ deyil, planlı məsələlərdir, bunlar aydınlaşdırılmalıdır və bu məsələdə əli olanlar təbii ki, cəzalandırılmalıdır. Savaş gedən anda qarışıqlıq salmaq ,çaşqınlıq yaratmaq düşmənə misilsiz xidmətdir. Müəyyən planlar tökülür, hərbiçilərimiz işləyirlər, siyasi mərkəzlər işləyirlər, müəyyən amillər nəzərə alınır. Hər hansı bir ifadə ilə sən nəyəsə zərər verəcəksənsə gərək bunu hətta gözləyəsən və s. Ona görə mən əhaliyə çağırış edirəm ki, təxribatlara uymasınlar. Mənim bundan əvvəl də çağırışım olub ki, rəsmi məlumat qaynaqlarına söykənərək məlumatlar yayılsın. Dövlət tərəfindən olan çağırışlara cavab versinlər. Hər kəs özü qərar verib, özü hərəkət edəcəksə bu artıq milli davranış olmaz və istəmiyə-istəmiyə bəzi hallarda proseslərə zərər vermiş olarlar. Mən hüquq mühafizə orqanlarını kəskin addımlar atmağa çağırıram. Hesab edirəm ki, hamımız, bütün partiyalar da, vətəndaşlar da belə məqamlarda ölkəmizə zərər gətirəcək addımların qarşısını almaq üçün səyləri birləşdirməli,dövlətimizin yanında olmalıyıq.

Müsahibəni hazırladı: İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ