02/12/2020 07:49
728 x 90

Prezident Qarabağ uğrunda könüllü döyüşmək istəyənlərə qanuni və peşəkar xidmət yolu göstərdi...

Rasim İsgəndərov: “Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir, əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər”

img

İyulun 15-də  Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlərə toxunulub.

O cümlədən, Qarabağda vuruşmaq istəyənlərlə bağlı. Prezident qeyd edib ki, “Qarabağda vuruşmaq istəyirəm” deyənlər getsin öz anket məlumatını Dövlət Xidmətinə versin: “Mən bu gün səhər (15 iyul) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindəndir. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik”.

Qeyd edək ki, Prezidentin məlum fikri ekspertlər və ziyalılar tərəfindən yüksək qiymətləndirilir.

  • “ Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir”

Hərbi ekspert Rasim İsgəndərov bildirdi ki, Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir: “İyulun 12-dən bu günə kimi gənclərimiz könüllü olaraq orduya getmək, döyüşlərdə iştirak etmək istəyirlər. Onların bu arzusu başa düşüləndir. Ancaq Prezidentin qeyd etdiyi kimi, döyüşdə iştirak etmək istəyənlər öncə təlim keçməlidir. Dövlət başçısı bəyan etdi ki, kim istəyirsə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər, orada təlimlərə cəlb edilə bilər. Əgər ehtiyac olarsa, xidmət onları komplektləşdirə bilər. Bu prosesdə möhtəşəm bir sistem qurulub. Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir. Əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər”.

Qeyd edək ki, Prezidentin məlum göstərişindən sonra bir qrup gənclər orduda könüllü xidmət etmək üçün qeydiyya alınıblar.

Günel CƏLİLOVA

Son xəbərlər