08/08/2020 10:16
728 x 90

Bizə qürur yaşadan ordunun Komandanı sizsiniz - Bərdədən Nəsibə Kərimovanın Prezidentə yazdıqları...

img

“Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınmasında ordumuzun gücünə bir daha şahid olduq.

İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur.

Bizə qürur yaşadan güclü ordumuzun Ali Baş Komandanı Sizsiniz, cənab Prezident, Ali Baş Komandanımız kimi Sizə bildirmək istəyirəm ki, hər zaman əmrinizi gözləyirik.

Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm”. Bu fikirləri Bərdə rayonundan Kərimova Nəsibə İlham qızı Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər