Hər bir əmriniz bizim döyüş andımızdır - Salyandan Babayev Amidin Prezidentə orijinal müraciəti...

Salyan rayonundan Babayev Amid Prezident İlham Əliyevə məktub yazıb. “Biz daim Sizin prinsipial, qətiyyətli siyasətinizi dəstəkləyirik. Verdiyiniz hər bir əmr bizim döyüş andımızdır. İşğalçı dövlətin törətdiyi təxribatın qarşısını alan ordumuzla fəxr edirik. Bu ordu Sizin sayənizdə qüdrətlidir.
…Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, keçmiş döyüşçü kimi əlimə silah alıb düşmənə qarşı döyüşməyə hazır olduğumu bildirirəm.
Sizinlə fəxr edir, qürur duyuruq. Hər birimiz Sizin əsgərinizik”-deyə A.Babayev məktubunda vurğulayır.
Baki-xeber.com