05/08/2020 17:32
728 x 90

Bərdəli Şamxal Yaqubov Prezidenti əmin etdi ki...

img

Bərdə rayon sakini Şamxal Yaqubov da Prezident İlham Əliyevə müraciət edib. O, müraciətində qeyd edir ki, ölkə başçısı hər zaman Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması üçün çalışır. “Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması məhz bu milli maraqların əsas qayəsidir. Sizin sayənizdə bu gün güclü orduya malik olan Azərbaycan Respublikası onun dövlət sərhədini pozmağa çalışan qüvvələrə anında elə sarsıdıcı cavab verir ki, təxribatçılar üçün onun təsiri illərlə davam edir. Ordumuz bizim qürur mənbəyimizdir.

…Əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Son aldığımız nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişiniz ilə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm”-deyə Ş.Yaqubov Prezidentə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər