05/08/2020 16:46
728 x 90

Avropa Parlamenti MQ-nin 2009-cu Əsas Prinsiplərini Ermənistana bir daha xatırlatdı

img

Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand Bəyanat yayıb.

“Trend”in məlumatına görə, M.Kalyurand bəyanatında son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən və Tovuz rayonunda hərbi və mülki şəxslərin həlak olması ilə nəticələnən hərbi qarşıdurmaya görə dərin narahatlıq hissi keçirdiyini bildirir və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı ifadə edib.

Diplomat qeyd edib ki, Avropa Parlamentinin dəfələrlə qeyd etdiyi kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur və münaqişə yalnız BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir. Bəyanatda ATƏT-in Minsk Qrupunun 2009-cu il Əsas Prinsipləri əsasında münaqişənin həlli istiqamətində səylərinə dəstək ifadə olunur. Avropa Parlamentinin təmsilçisi münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin artmasına xidmət edən bütün hərəkətlərdən çəkinməyə və münaqişənin dərinləşməsinin qarşısını almaq üçün dərhal danışıqlara başlamağa çağırış edib.

Son xəbərlər