05/08/2020 18:14
728 x 90

Prezidentin köməkçisi Minsk Qrupunu Ermənistanın hərbi təcavüz aktına konkret münasibət bildirməyə çağırdı

img

Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlləridir. Trend-in məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu barədə lazımi beyməlxalq təşkilatlara məlumat verilib: "BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə də lazımi məlumat verilib. Digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, İƏT-in mövqeyi açıqlandı. İƏT-ə üzv olan 57 dövlət, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İran, Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək verib. Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki biz yenə də standart cavablar alırıq".

H.Hacıyev bildirib ki, Ermənistan bu hadisənin məsuliyyətini Azərbaycanın üzərinə atmaq istəyir: "Lakin Cənab Prezidentin vaxtında atdığı addımlar nəticəsində Ermənistanın niyyəti ifşa edildi. Ermənilər itkilərini gizlədir. Bu əməllər də beynəlxalq ictimaiyyət tərəfindən izlənilir.

Axərbaycan Ordusunun şəxsi heyətlə komplektləşməsi üçün heç bir problem yoxdur. Azərbaycan Silahlı Qüvvələri bu gün yüksək texnologiyalardan istifadə edir. Bunun üçün yüksək səviyyəli təlimlər və kurslar vacibdir. Bu kurslar bu gün yüksək səviyyədə həyata keçirilir".

Son xəbərlər