05/08/2020 18:04
728 x 90

Siz varsınızsa... - Tovuz müharibə veteranları birliyindən Prezidentə yazdılar

img

“Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduğumuzu bildiririk.

Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu.

Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var”. Bunu Tovuz rayonundan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyev Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər