05/08/2020 17:13
728 x 90

Vaqif Dərgahlı erməniləri təkzib etdi - bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

img

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı guya bölmələrimizin sərhəddə təxribat törətməsi və erməni kəndlərinin tərəfimizdən atəşə tutulması barədə məlumatları təkzib edib

Vaqif Dərgahlı açıqlamasında bildirib ki, bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatlar yalandır:"Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutub, mərmilər yaşayış binalarına düşüb".

V.Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə də cavab verib. V.Dərgahlı deyib ki, erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur: "Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin".

Son xəbərlər