Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycan Ermənistana daha ağır zərbələr endirməyə hazırlaşır... Prezident Əliyevdən düşməni sarsıdacaq yeni açıqlamalar...

Image


Hərb müstəvisində Ermənistan üzərində üstünlüyünü artırmaq üçün Azərbaycan bu istiqamətdə son illər ərzində xərclərini əhəmiyyətli dərəcədə çoxaldıb. Sərhəddə baş verən son olaylardan sonra isə Azərbaycan bu sahədə yeni addımlar atacağını ən yüksək səviyyədə bəyan etdi. Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə xüsusi toxunaraq, düşməni sarsıdacaq yeni açıqlamalar verdi:

“Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq. İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər. Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq”.

Ekspertlər hesab edir ki, orduya ayrılan xərclərin artırılması ilk növbədə Azərbaycanın daha çox həcmdə yeni müasir silahlar alması demək olacaq. Bu isə düşmənə daha sarsıdıcı zərbələr endirməyə imkan verir.  Real vəziyyətin təhlili qeyd olunan səpkidə Azərbaycanın müvafiq addımlar atmasının, əslində kifayət qədər düzgün addım olduğunu göstərir. Məsələ burasındadır ki, Ermənistanın hələ də sərhəddə bitməyən təxribatı Dağlıq Qarabağ münaqişəsinin artıq hərb yolu ilə həllinin qaçılmaz olduğunu nümayiş etdirir. Bu halda Azərbaycanın düşmən üzərində əzici hərbi üstünlüyünü artırması olduqca mühümdür. Xatırladaq ki, 2020-ci il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinə 3 milyad 853 milyon 600 min manat vəsait ayrılıb. Bu, 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur. Ayrılan vəsaitin 1 milyard dollara qədəri məhz yeni hərbi texnikanın alınmasına sərf olunacaq ki, onun da bir qismi artıq bu səpkidə xərclənib. Dövlət başçısının yuxarıda səslənən çıxışından isə belə bəlli olur ki, bu və gələn il üçün Azərbaycan hərbi texnika alışına daha çox vəsait sərf edə bilər. Burada xatırlatmaq lazım gəlir ki, ölkəmizin hazırda güclü ordusu və texnikası var. Amma bunu daha güclü hala gətirməklə Azərbaycan düşmən üzərində üstünlüyünü daha da artırır.

Digər tərəfdən, məsələnin önəmli tərəflərindən biri də budur ki, Azərbaycanın bu istiqamətdə atacağı addımlara Ermənistan hansısı formada cavab vermək iqtidarında deyil. Əksinə, Ermənistanın bu istiqamətdə atacağı addımlar onun iqtisadi çöküşünü daha da sürətləndirəcək. Çünki indinin özündə Ermənistan onsuz da iqtisadi kollaps yaşayır və bu şəraitdə hansısa əlavə hərbi xərc düşmən üçün qaçılmaz çöküş deməkdir. Burada bir məsələni də qeyd etmək lazım gəlir ki, düşmənin iqtisadiyyatı indi daha çox xaricdən daha ağır şərtlərlə alınan borca əsaslanır. Ermənistan Maliyyə Nazirliyinin 2020-ci ilin ilk yarımilinin nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən, bu ölkənin ümumi dövlət borcu 7,7 milyard dollara çatıb. Həmin vəsaitin 6 milyard dolları isə xarici borcun payına düşüb. Araşdırmalar göstərir ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşıb. Özü də borc Nikol Paşinyan iqtidarı dönəmində daha sürətlə çoxalıb. Belə ki, 2019-cu ildə ümumi dövlət borcu 6% artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5%, xarici borc isə 4,6% artım göstərib. Beynəlxalq Valyuta Fondunun missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200%-dən çox olacağını göstərir. Yenə BVF-nin ekspertlərinin hesablamalarına əsasən, büdcə defisitinin ÜDM-də çəkisi cari ildə 5%, ümumi borcun ÜDM-də çəkisi isə 60%-dən yüksək olacaq. Daha bir önəmli məqam odur ki, Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyil. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4%-ni təşkil edib və bu, rəsmi göstəricilərə əsaslanan statistikadır. Bu göstəriciyə görə Ermənistan dünyada 153-cü mövqeyi bölüşür. Belə vəziyyətdə bir daha qabarıq surətdə görünür ki, Ermənistan iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalacağını göstərir. Burada bir məqamı xüsusilə qeyd etmək lazım gəlir ki, beynəlxalq ekspertlər 2018-ci ildə Ermənistanda baş verən dəyişikliklərin sosial-iqtisadi duruma, əslində mənfi təsir göstərdiyini bildirir. Bu halda Ermənistanın Azərbaycana cavab olaraq hərbi xərclərini hansısa formada artırması isə mümkünsüz sayılır. Hesab edilir ki, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı yeni təxribatlara getməsi Ermənistan üçün yeni sarsıdıcı zərbələrə rəvac verəcək. İqtisadiyyatla yanaşı, düşmənin daxildə yeni qarşıdurmalarla üzləşməsi də bu fonda qaçılmaz sayılır. Artıq sərhəd təxribatlarından sonra Paşinyan iqtidarına qarşı başlanan etiraz aksiyaları da bunun təsdiqidir. Ermənistanın “İravnuk” qəzeti isə məsələnin digər maraqlı tərəfinə də nəzər salır:“Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı. Ancaq hakimiyyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmağa başladığı vaxtda Ermənistanda bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk Qrupu həmsədrlərindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir. Bu halda sərhəddə baş verənlər Ermənistan hakimiyyətinin daxili problemlərdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən qaynaqlanan planı kimi görünür. Çünki çox maraqlıdır: Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu? Bu suala hələ də aydınlıq gətirilmir”.

Bu şəraitdə Azərbaycanın endirdiyi hərbi zərbələr nəticəsində erməni tərəfinin üzləşdiyi itkilər də Paşinyandan narazılığı artırır. Bu şəraitdə onun əhalinin boğazından kəsərək hətbi xərcləri artırmaq istiqamətində hansısa qərarı, ekspertlərin fikrincə, Ermənistanda əhali tərəfindən, belə demək olarsa, top-tüfənglə qarşılanacaq. Bunu rusiyalı hərbi mütəxəssis, Hərbi Siyasi Elmlər Dərnəyinin üzvü Aleksandr Perenciyev də təsdiq edir:“Azərbaycanın hərbi xərclərini artırması üçün imkanları kifayət qədərdir və Bakı yeni silahlar alınmasında maraqlı olduğunu gizlətmir də. Məsələn, Rusiyadan, Türkiyədən yeni döyüş təyyarələri, pilotsuz uçuş aparatları alınacağı məlumdur. Ermənistan isə belə imkanlardan məhrumdur. Azərbaycan indinin özündə də Ermənistandan daha müasir silahlarla təchiz olunub: tanklar, müxtəlif zirehli avtomobillər, hərbi nəzarət sistemləri, pilotsuz uçuş aparatları və sair”. Mütəxəssis bildirib ki, iki həmsərhəd ölkə arasında mövcud gərginlik böyükmiqyaslı döyüşə çevriləcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərinin bu döyüşlərə müdaxilə etməsi ehtimalı olduqca azdır və bu, indiki halda Ermənistan üçün əlavə zərbədir:“Burada hər şeydən əvvəl İrəvanın alacağı hərbi-siyasi dəstəkdən bəhs edirik. Ermənistanın KTMT üzvü olması müəyyənləşdirici faktordur. Lakin döyüşdə ona dəstək verilməsi ehtimalı çox aşağıdır”. O bildirib ki, Azərbaycan cəmiyyəti mövcud status-kvo ilə barışmır və paytaxt Bakıda orduya dəstək məqsədilə keçirilən yürüş aksiyası bunun bariz göstəricisidir. Perenciyev münaqişənin vasitəçilər tərəfindən 2007-ci ildə Bakı və İrəvana təklif edilən “Madrid prinsipləri” planından başqa sülh yolu ilə həllinin alternativi olmadığını vurğulayıb.

Qeyd edək ki, “Madrid prinsipləri” Dağlıq Qarabağın ətrafındakı bölgələrin mərhələli şəkildə Azərbaycana qaytarılması, Qarabağa Azərbaycanın ərazi bütövlüyünü pozmayan müvəqqəti status verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması və Qarabağdan məcburi köçkün düşən insanların doğma torpaqlarına geri qaytarılmasını ehtiva edir. Bakı buna razılıq versə də, Ermənistan üzündən planın həyata keçirilməsi baş tutmur. Elə bu şəraitdə məsələnin hərbi həlli aktuallaşır və sərhəddə baş verən son hadisələr də bunu tətikləyir. Azərbaycan bu fonda düşmənə yenə ən sərt zərbələr vurmağa hazırdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ