09/08/2020 12:57
728 x 90

Türkiyə XİN: "Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır"

img

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib. Baki-xeber.com xəbər verir ki, bəyanat Türkiyə XİN-in rəsmi saytında yerləşdirilib.

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzkar addımlarını ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qarayaxma kampaniyasına cəhd etməsi müşahidə olunur. Azərbaycan torpağında illərdir qeyri-qanuni bir işğalı davam etdirən Ermənistanın bu ikiüzlü davranışı Cənubi Qafqazda daimi sülh və sabitliyin qurulmasının qarşısındakı əsl maneənin kim olduğunu da açıq və aydın şəkildə gözlər önünə sərir.

Kontekstdən kənar tərzdə ittiham və şər xarakterli xarici siyasət yürütmək nə bölgəyə, nə Ermənistanın fayda verər.

Bu yanaşma kimliyini təktərəfli bir tarix anlayışından sadəcə ədavət çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüzü legitim göstərməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu mövqe üzücüdür, ancaq təəccüblü deyil.

Ermənistan rəhbərliyinin ağıllarını başlarına yığması və Cənubi Qafqazda problemlərin deyil, həllərin parçası olmağı dərhal öyrənmələri lazımdır".

Son xəbərlər