Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycan KTMT-də Ermənistanın mövqelərini tam sarsıtdı: İrəvanın məkrli “Tovuz planı” onun özünə qarşı çevrildi

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibəti hələ də İrəvanda şok effekti yaratmaqda davam edir. Ermənistanın bütün cəhdlərinə rəğmən, KTMT Azərbaycan əleyhinə hansısa mövqe sərgiləmədi. Əksinə, yenidən bəlli oldu ki, Azərbaycanın təşkilatda nüfuz və mövqeyi Ermənistanla müqayisədə daha yüksəkdir, güclüdür.  

Elə Prezident İlham Əliyev də iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi nitqində diqqətə çatdırdı ki, KTMT-nin Ermənistandan başqa bütün üzvləri Azərbaycanın dostlarıdır. Bu səbəbdən sərhəddə məlum hadisələrdən sonra Ermənistan təşkilata kömək üçün müraciət etsə də, rədd cavabı aldı. Məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev qeyd edir:"Azərbaycan ictimaiyyətinin diqqətini bir məsələyə də çəkmək istərdim. O da ondan ibarətdir ki, bildiyiniz kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdi, dərhal onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın, bizi burada indi boğacaqlar, məhv edəcəklər. KTMT-nin buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nin bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-yə müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür. Onlar öz qorxaqlığını, rəhbərliyin qorxaqlığını bir daha göstərdilər. Yaxşı, qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, - cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə... Yaxşı, təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dən yardım istəyirsən? KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır".

Baş verən hadisələr fonunda Ermənistanda da etiraf edirlər ki, KTMT məsələsində Azərbaycan tamamilə haqlıdır. Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun mütəxəssisi Armen Vardanyan da bildirir ki, Ermənistanın bu qurumdan kömək gözləməsi doğru deyil. O bildirib ki, Azərbaycanın KTMT-də müttəfiqləri daha çoxdur və bu yeni xəbər deyil:“Belarus prezidenti Aleksandr Lukaşenko bundan əvvəl açıq şəkildə bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında müharibə baş verərsə, Ermənistanı müdafiə etmək üçün qoşun göndərməyəcək. Qazaxıstan, qurumun digər üzvləri kimi, dəfələrlə KTMT və Avrasiya İqtisadi Birliyində Azərbaycanın maraqlarını müdafiə edib. Rusiya Azərbaycana silah satır, Qırğızıstan və Tacikistanın Ermənistanla müqayisədə Azərbaycanla daha çox tərəfdaşlığı var”. Vardanyan qeyd edir ki, sərhəddəki olaylardan sonra əvvəlcə Ermənistanın tələbi ilə KTMT xüsusi iclas çağırmağa çalışıb, lakin sonradan Azərbaycanın KTMT-dəki müttəfiqləri sayəsində tərəflər arasında bərabərlik nişanı qoyan konsensus qərarı verilib. Erməni politoloq daha sonra deyib:"Müdafiəmizə gəldikdə, KTMT-dən heç vaxt ciddi gözləntilərimiz olmamalıdır. Yeganə müsbət fakt budur ki, KTMT üzvü kimi Ermənistan Rusiyadan silahları daxili qiymətlərlə ala bilər, amma təhlükəsizlik və müdafiə baxımından KTMT yararlı deyil. Ümumiyyətlə, bu qurum Ermənistanın və ya digər üzv dövlətlərin yox, Rusiyanın geosiyasi maraqlarına xidmət etmək üçün yaradılıb. Buna görə bizdə bu məsələdə illüziyalar olmamalıdır".

Bütün bunlar İrəvanın KTMT planlarının tam boşa çıxdığını göstərir. Halbuki, Ermənistan sərhəd təxribatına getməklə elə ilk gündən KTMT-ni prosesə cəlb etməyə çalışırdı. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiostansiyasına müsahibəsində də bu məqamı xüsusi olaraq qabartdı. Nəyə görə toqquşmanın Dağlıq Qarabağda təmas xəttində deyil, sərhəddə baş verməsinin səbəbləri haqda səfir deyib:“Bu ondan ötrü edilir ki, KTMT, ilk növbədə, Rusiya bu münaqişəyə cəlb edilsin, Rusiyanın sərhədində Rusiya Federasiyasını narahat edən daha bir münaqişə ocağı yaransın. Aydındır ki, KTMT-nin bütün üzvləri ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri var və qırğız və ya qazax əsgər, yəqin ki, Azərbaycan əsgərinə atəş açmayacaq. Azərbaycan bütün lazımi sənədləri KTMT-yə təqdim edəcək. Biz heç nəyi gizlətməyə çalışmırıq. Qarabağda doğulmuş, əcdadları o torpaqda dəfn edilmiş bir adam kimi demək istəyirəm ki, işğala son qoyulmayınca hadisələrin hər cür inkişafı mümkündür. Bizim torpağımız işğal altında qaldıqca, nə Azərbaycan xalqı, nə də Azərbaycan prezidenti bu vəziyyətlə razılaşmayacaq”. Bu açıqlamadan bir daha görünür ki, İrəvan əvvəlcədən KTMT ilə bağlı məkrli planlar qurub və təşkilatı münaqişəyə cəlb etməyə çalışıb. Amma onun planları son nəticədə Azərbaycanın nüfuzu sayəsində fiaskoya uğrayıb.

Beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Aleksey Fenenko məsələ ilə bağlı bildirir:“İndi Ermənistan bir daha KTMT-ni onu “qorumağa” çağırır və bu məsələdə Rusiyaya təzyiq göstərməyə çalışır, Rusiya və KTMT isə o qədər də həvəsli görünmür. Eskalasiyanın baş verdiyi yerə diqqət yetirmək çox vacibdir. Bu yer Ermənistan tərəfindən xüsusilə seçilib. Eskalasiya Qarabağ münaqişəsi zonasında deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş verir. Gəlin, KTMT-nin 2016-cı il İrəvan Sammitinin nəticələrini xatırlayaq. Burada təhlükəsizlik zəmanətlərinin Qarabağa yox, Ermənistana şamil olunduğu açıq şəkildə ifadə olunmuşdu. İndi Paşinyan sanki Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyi təsəvvürünü yaratmağa çalışır. Bu yaxınlarda Ermənistanda yeni bir təhlükəsizlik strategiyası qəbul edildi ki, NATO ilə münasibətlərə xələl gətirməyərək Rusiya ilə əməkdaşlıq davam etdirilsin. İndi Ermənistan hakimiyyətinin məntiqinə görə, Rusiyanın Ermənistana hərbi yardım göstərməkdən imtina etməsi onun NATO ilə əməkdaşlığının intensivləşməsini qanuniləşdirə bilər. Ermənistanın antirusiya və qərbyönümlü vektoru böyüyür”.

Fenenko deyib ki, Rusiyanın vəziyyətə reaksiyası son dərəcə təmkinli oldu:“O heç bir tərəfi dəstəkləmədi. “Rusiya Ermənistanı satdı” fəryadları ənənəvi strategiyadır. Ancaq İrəvanın növbəti addımı, çox güman ki, artıq Rusiya bazasını Ermənistandan çıxarmaq çağırışı olacaq. Artıq belə ifadələr səslənir. Ancaq başa düşmürlər ki, bundan sonra Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaqlar”.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ