“Dünyamız üçün çox çətin olan bu dövr bir daha sübut etdi ki, Siz xalqımızın xilaskarısınız. Ən gərəkli vaxtda bir rəhbər, bir ata, bir oğul və bir qardaş kimi Azərbaycan vətəndaşının yanında oldunuz. Siz həyəcan təbilini erkən çalaraq, dünyanın nəhəng ölkələrinin edə bilmədiyini etdiniz. Sizin uzaqgörənliyinizin, dərin zəkanızın nəticəsində xalqımız bu bəladan az itkilərlə qurtulmaqdadır”.
Bu fikirlər Abşeron rayonunun Saray qəsəbəsindən Əməkdar müəllim Hüseynova Təyyibə Yəhya qızının Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirilir.
Əməkdar müəllim, həmçinin, qeyd edir ki, xarici televiziya kanallarının Azərbaycanda pandemiyaya qarşı gedən mübarizədən ağız dolusu danışmaları, beynəlxalq təşkilatların Prezidentə etdiyi təşəkkürlər hər bir vətəndaş kimi, bütün təhsil işçilərini də qürurlandırır. “Bir təhsil işçisi olaraq bildirmək istəyirəm ki, bizə olan diqqət və qayğınıza müəllimlər öz fədakar əməkləri ilə cavab verərək, evdə qalıb şagirdlərini bir an belə unutmamış, yaradılan şəraitdən istifadə edərək, onlayn dərslər keçirlər” - deyə T.Hüseynova məktubunda yazır.