Pandemiya ilə mübarizə dövründə Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyi və sağlamlığı ilə yanaşı, onların sosial müdafiəsinin təmin olunması ilə bağlı gerçəkləşdirdiyi tədbirlər də cəmiyyət tərəfindən müsbət qarşılanır.
Sabirabad rayonunda məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün Muradov Nüsrət Qüdrət oğlu Prezident İlham Əliyevə yazdığı məktubda dünyanı cənginə almış koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirir. “Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, işsiz və aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödənişin edilməsi, yeni ictimai iş yerlərinin açılması onu göstərir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm” - deyə məcburi köçkün qeyd edir.
Baki-xeber.com