Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən antivirus tədbirləri müharibə əlilləri tərəfindən də müsbət qarşılanır.
Tərtər rayonundan 1-ci qrup müharibə əlili Vidadi Məmmədzadə və Çernobıl əlili Mətləb Əliyev Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə bu istiqamətdə ölkədə həyata keçirilən mübarizə tədbirlərini yaxından izlədiklərini qeyd edirlər. “Hazırda inkişaf etmiş ölkələr belə, pandemiyadan gündəlik minlərlə insan itkisi ilə üzləşdiyi halda, Sizin müdrikliyiniz, hadisələri zamanında düzgün qiymətləndirməyiniz sayəsində Azərbaycan xalqı bu ümumbəşəri bəladan ən az yoluxma və itkilərlə çıxmaqdadır. Çünki Siz bizləri, xalqı ailəniz olaraq gördünüz, bu günlərdə diqqət və qayğınızı vətəndaşlarımızdan əsirgəmədiniz”.
Məktub müəllifləri, həmçinin, bildirirlər ki, Vətənimiz və xalqımız üçün Prezidentin etdikləri əsrlər boyu insanların qəlbində yaşayacaq. “Sizin millətinizə və xalqınıza olan böyük sevginiz, milli mentalitetə dərin bağlılığınız tərəfimizdən yüksək dəyərləndirilir.
…Biz Çernobıl bəlasını, Əfqanıstan müharibəsini, birinci Qarabağ müharibəsini və hazırda bəşəriyyəti qorxuya salan pandemiyanı görmüş və yaşamış insanlar olaraq xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə təmsil etdiyimiz ictimai birliklərin üzvləri adından Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı bildiririk” - deyə V.Məmmədzadə və M.Əliyev öz müraciətlərində qeyd edirlər.
Baki-xeber.com