Dövlətimizin pandemiya ilə mübarizə aparmasına baxmayaraq, digər sahələrin də inkişafına diqqət yetirməsi, vətəndaşların qayğısına hərtərəfli şəkildə qalması ölkənin elm ictimaiyyətinin də təqdir etdiyi məsələdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şəkərəliyev Arif Şəkərəli oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayır. “Koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəlikdən həyatını itirdiyi bir vaxtda Sizin Azərbaycan xalqının sağlamlığının qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər ölkənin təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanır. COVID-19 pandemiyasına qarşı apardığınız qətiyyətli mübarizəyə görə Sizə minnətdarıq”.
O, həmçinin, qeyd edir ki, Prezidentin yolu Heydər Əliyev yoludur və bu yol xalqın, millətin gələcəyinin, güzəranının, əhval-ruhiyyəsinin daha da yaxşılaşdırılması yoludur. “Azərbaycan xalqı öz doğma Prezidentinə güvənir və etibar edir. Siz güclü Azərbaycan dövlətinin ideyasını həyata keçirirsiniz. Sizin həyata keçirmiş olduğunuz iqtisadi strategiya islahatların aparılması, innovasiya, yeni texnologiyaların istehsala tətbiqi və qeyri-neft sektorunun inkişafına söykənir. Mənim çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti öz Prezidentinə həmişə sadiqdir” - deyə professor Şəkərəliyev məktubunda bildirir.
Xəbər xidməti