Pandemiya ilə mübarizədə Azərbaycan dövlətinin nümayiş etdirdiyi iradə, gördüyü tədbirlər ölkəmizdə fəaliyyət göstərən ictimai qurumların da rəğbətini qazanıb.
Masallı rayonundan Azərbaycan Kənd Qadınları Assosiasiyasının “Qız yurdu” qrupunun üzvü Natavan Fətullayeva məktubunda son dövrlər ölkəmizdə həyata keçirilən işlərin tərkibində kənd təsərrüfatının inkişafına da ayrıca diqqət yetirdiyinə görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirir. “…Xalqın mənafeyini daim hər şeydən üstün tutduğunuz aşkardır. Sosial izolyasiya şəraitində ölkə əhalisini ərzaq məhsulları ilə təmin edən kənd təsərrüfatının fəaliyyətinə məhdudiyyətin tətbiq olunmaması buna daha bir sübutdur. Kənd təsərrüfatının inkişafı üçün gördüyünüz tədbirlər bu gün özünü göstərməkdədir. Əkinin əkilməsi, biçilməsi, tədarükü və satışla bağlı heç bir problem yoxdur. Daim xalqın yanında olduğunuz üçün Sizə təşəkkürümüzü bildirirəm” - deyə N.Fətullayeva Prezidentə yazır.
Xəbər xidməti