Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən antivirus mübarizəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı sakinləri tərəfindən də diqqətlə izlənir və təqdir edilir.
Cocuq Mərcanlı kəndindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi, Dövlət Gömrük Komitəsinin “Könüllü gömrükçü” dəstəsinin üzvü Abbasova Rəmziyə İsmayıl qızı Prezident İlham Əliyevə yazdığı məktubda bu istiqamətdə dövlət səviyyəsində görülən işləri təqdir etdiyini vurğulayır.
“…Ölkəmizdə hələ virusa yoluxma halı qeydə alınmamışdan əvvəl görülən qabaqlayıcı tədbirlər və verilən qərarlar, o cümlədən, sərhədlərin bağlanması, xaricdəki vətəndaşlarımızın Vətənə dönmələrinə şəraitin yaradılması, səhiyyə sahəsində infrastrukturun möhkəmləndirilməsi virusun Azərbaycanda yayılmasının qarşısını almağa imkan verdi. Bu gün Azərbaycan virusla mübarizədə ən qabaqcıl ölkələrdəndir.
Mən 2-ci qrup Qarabağ müharibəsi əlilinin qızı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini, diqqət və qayğınızı təkcə bu günlərdə deyil, hər zaman hiss edən gənc vətəndaş olaraq Sizə minnətdarlığımı bildirir, müasir dünyagörüşünə sahib, Vətəninə, xalqına bağlı bir gənc və layiqli vətəndaş olmaq, bizə göstərdiyiniz etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm” - deyə R.Abbasova qeyd edir.
Xəbər xidməti