Cümə axşamı günü, 08 oktyabr 2026
     

İl bitir, Azərbaycan teatrlarının onillik proqramının yarımçıq icrasına görə kim məsuliyyət daşıyacaq...

Image


Azərbaycan teatrlarının yeni dövrün tələblərinə cavab verməsi, bu sahədə müasir texnologiyaların, yaradıcılıq üsullarının tətbiq edilməsi, idarəetmə sistemində yeniliklərin işləkliyinin təmin olunması vacibdir. Əslində, 10 il əvvəl Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulan bütün müddəaların gerçəkləşməsi aidiyyəti qurumlar tərəfindən həll edilməli olduğu halda, həyata keçirilməyib.

Prezidentin imzası ilə təsdiqlənən Dövlət Proqramı hələ tam olaraq icra olunmayıb, buradakı bəzi müddəalar alayarımçıq şəkildə icra edilib, bəziləri isə, ümumiyyətlə, yada salınmayıb. Nədənsə, teatr məmurları və teatrlar yalnız özlərinə sərf edənlərin icra edilməsinə çalışıblar.

Qeyd edək ki, Dövlət Proqramının 1.1 maddəsində teatrın on il əvvəl mövcud olan vəziyyəti təsvir edilir. 1.2. maddəsində isə Dövlət Proqramının məqsəd və vəzifələri əks olunur. “Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilmiş Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, ümumbəşəri və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə və repertuarın günün tələblərinə uyğun formalaşması məqsədlərinə xidmət edəcək.

Dövlət Proqramı aşağıdakı vəzifələrin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

- yeni teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması, teatr sahəsində islahatların aparılması;

- ümumbəşəri və milli-mədəni dəyərlərin qorunması və dünya mədəniyyətinə inteqrasiyası təmin edilməklə Azərbaycan teatr sənətinin inkişafı;      

- teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi;

- kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsi;

- teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi;

- teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi;

- teatr mədəniyyətinin təbliğ olunması” - deyə vurğulanır.

 Əvvəla onu qeyd edək ki, Dövlət Proqramında əks olunan məsələlərin bir çoxu elə kağız üzrərində qalıb. Bəli bu on il müddətində Azərbaycan teatrı dövlət tərəfindən onun qarşısına qoyulan hədəflərə çatmalı idi, lakin bu reallaşmadı.

Qeyd edək ki, mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının bu il yekunlaşdığını diqqətə çatdırıb. Lakin o, bununla işlərin bitmədiyini, teatr xadimləri ilə birgə növbəti illərin proqramını hazırladıqlarını bildirib.

Prezidentin 10 il bundan əvvəl imzaladığı Dövlət Proqramının icrasına nə mane olub? Bu proqramın icra edilməməsi məmurlardan, yoxsa teatr rəhbərlərindən asılı olub?

Teatrşünaslar bizimlə söhbətlərində bildirdilər ki, Dövlət Proqramında teatr sahəsilə bağlı 21 istiqamət əks olunub. Onlar qeyd edirlər ki, bu proqramın tam şəkildə icra edilməməsinin səbəbi bəzi teatr məmurlarının və teatr direktorlarının məsələyə səhlənkar münasibətidir. Teatrşünasların sözlərinə görə, Dövlət Proqramının müvafiq bəndinə əsasən, 2012-ci ildə UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun növbəti konqresinin Bakı şəhərində keçirilməsi reallaşmalı idi. Lakin bu məsələ  ya reallaşmayıb, ya da formal xarakter daşıyıb.

Teatr sahəsində ən vacib olan istiqamətlərdən biri Teatr Treninq Mərkəzinin yaradılması idi ki, bu, 2014-cü ilə təsadüf etməli idi, ancaq biz bu mərkəzin yaranmasının şahidi ola bilmədik. Bu, proqramın yarımçıq icrasının ən açıq göstəricilərindən biridir.

Dövlət Proqramının 2.5-ci maddəsində isə yüksək səviyyəli nəşr və reklam məmulatlarının, dekor və geyimlərin hazırlanması işinin təşkilinin təkmilləşdirilməsi, 2.14-cü maddəsində isə Azərbaycan teatr sənətinin müxtəlif sahələri üzrə kitabların və elektron vəsaitlərin hazırlanması kimi vacib məsələlər önə çəkilirdi.

  • “Bu sənədin tam olaraq icra edilməməsində müxtəlif səbəblər var, onlardan biri də teatrların idarə edilməsi sahəsindəki boşluqlardır”

AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri Vidadi Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, Dövlət Proqramının icrasının həyata keçirilməməsinin bir neçə səbəbi var. V.Qafarovun sözlərinə görə, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkəmiz müstəqillik qazandıqdan sonra teatr sahəsinin inkişafına yönəlik qəbul edilən vacib sənədlərdən biridir. Dövlət Proqramı qəbul edildikdən sonra teatr ictimaiyyətinin ondan gözləntiləri çox olsa da, bəzi maddələrin icradan kənarda qalması həlli vacib olan bir sıra məsələlərin arxa planda qalmasına səbəb olub.    

O hesab edir ki, həqiqətən də bu sənədin qəbul edilməsi və onun icrası milli teatr prosesinin intensivləşməsində böyük rol oynadı. V.Qafarovun sözlərinə görə, Dövlət Proqramının bəzi maddələri icra edildi. “Dövlət Proqramının qəbul olunması müxtəlif beynəlxalq konfransların, teatr festivallarının keçirilməsinə, xarici qastrolların təşkil edilməsinə, dünya teatrının Azərbaycan teatr məkanına inteqrasiyasına, Azərbaycan tamaşaçısının dünya teatrı ilə müəyyən qədər tanış olmasına şərait yaratdı, eyni zamanda, milli teatrımızda mövcud olan bir sıra boşluqları və problemləri də üzə çıxardı. Amma Dövlət Proqramının müddəti bu il bitsə də, bu sənəddə nəzərdə tutulan bir çox maddə təəssüf ki, yerinə yetirilməmiş qaldı. Elə bəndlər icra edilmədi ki, onların həlli teatrımızın inkişafı üçün daha geniş imkanlar aça bilərdi. Dövlət Proqramının şərhinə keçməzdən əvvəl 2006-cı ildə qəbul edilən “Teatr və teatr fəaliyyəti haqqında” Qanuna toxunmaq istəyirəm. Bu qanunda həqiqətən də yeniliklərin edilməsinə, ora yeni zamanın tələblərinə uyğun yeni maddələrin salınmasına böyük ehtiyac var. Yəni qanunda elə maddələr var ki, onlar aktuallığını itirib və zamanın tələblərinə cavab vermir. Bu, məsələnin bir tərəfi. Dövlət Proqramına gəlincə, burada nəzərdə tutulan bir sıra məsələlər öz həllini tapa bilmədi. Məsələn, Dövlət Proqramının “Tədbirlər planı”nın  2.1-ci maddəsində nəzərdə tutulan "Teatr sahəsində idarəetmənin və maliyyə-iqtisadi mexanizmlərin təkmilləşdirilməsi istiqamətində islahatların aparılması" üzrə, demək olar ki, heç bir iş görülmədi. Halbuki, bu sahədə çoxlu həllini gözləyən problem var. Bu, icrası 2009-2013-cü illər üçün nəzərdə tutulmuş 2.2-ci maddəsinə - "Teatr fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi"nə də aiddir. Xatırladım ki, bu sahədə ana sənəd olan "Teatr və teatr fəaliyyəti haqqında” Qanun 29 dekabr 2006-cı il tarixində qəbul olunub və yalnız 2016-2018-ci illərdə "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlara uyğun olaraq, kiçik dəyişikliklərə məruz qalıb”.

Dövlət Proqramının tam icra edilməməsinin səbəblərinə gəlincə, V.Qafarov bildirdi ki, burada direktor institutunun, bədii rəhbərin, yoxsa prodüsserin rəhbərlik etməsi məsələsi tam aydınlaşmadığına görə sözügedən sənədin icrasında problemlər üzə çıxıb. “Bu sənədin tam olaraq icra edilməməsində müxtəlif səbəblər var, onlardan biri də teatrların idarə edilməsi sahəsində boşluqlardır. Bu gün teatra direktorun, bədii rəhbərin, yaxud prodüsserin rəhbərlik etməsi hələ tam aydınlaşmayıb. Bu sahədə də müəyyən qaranlıq məqamlar var” - deyə bildirən V.Qafarovun sözlərinə görə, Dövlət Proqramının icra edilməsinə mane olan amillərdən biri də teatrlardan gəlir vergisi tutulmasıdır. O qeyd edir ki, teatrlardan az qala istehsalçı şirkətlərdən tutulan vergi qədər gəlir vergisi tutulur. Bu da teatrların fəaliyyətinə ciddi problem yaradır. “Təəssüf ki, teatrlar da istehsal və sənaye müəssisələri kimi vergiyə cəlb edilirlər. Teatrlardan tutulan gəlir vergisi iri istehsalçı şirkətlərdən, müəssisələrdən tutulan vergi həcmindədir. Teatrlar istehsalçı müəssislərdən fərqlidir. Teatr istehsalatla məşğul olmur, burada yaradıcılıqla məşğul olunur. Teatrlardan bu şəkildə vergi alınması nə dərəcədə düzgündür? Hesab edirəm ki, yeni qəbul ediləcək Dövlət Proqramında bu kimi məsələlər aydın şəkildə öz həllini tapmalıdır. Eyni zamanda, sponsorlar, teatrların repertuarları, statusları məsələsinə də sənədlər səviyyəsində dəqiq aydınlıq gətirilməlidir. Teatrlar təkcə dövlət büdcəsindən maliyyələşməməli, onları maliyyələşdirən sponsor şirkətlər də olmalıdır. Keçən əsrin 90-cı illərinin əvvəllərində teatrlara sponsorluq edənlər vardı. Amma onlar bu gün sponsorluq edə bilmirlər, çünki onlardan artıq vergilər tutulur. Əslində, mədəniyyətə, teatra vəsait xərcləyən şirkətlərə ciddi vergi güzəştləri edilməlidir ki, onlar teatrların inkişafına töhfələr vermiş olsunlar”.

V.Qafarov qeyd etdi ki, teatr sahəsində qeyri-müəyyən məsələlərdən biri burada prodüsserlik institutunun tam formalaşdırılmaması ilə bağlıdır. “Prodüsser institutunun teatrda tam oturuşması məsələsi var. Teatrlar tam olaraq prodüsser institutuna verilməlidir, yoxsa qismən verilməlidir, bunun formaları tapılıb tətbiq edilməlidir. Burada, həmçinin, dövlət teatrları ilə yanaşı, özəl teatr məsələsi də var. Dövlət teatrları, bələdiyyə teatrları, özəl teatrların hərəsinin öz dəqiq statusu müəyyən edilməlidir. Bütün bunlar növbəti dövr üçün qəbul ediləcək Dövlət Proqramında əks olunmalıdır” - deyə V.Qafarov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ