Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanda davamlı beynəlxalq teatr festivalları - teatrlarımız hələ yerində sayır...

Image


Son illər Azərbaycanda müxtəlif səpkili teatr festivalları keçirilir. Bu sırada həm yerli, həm də beynəlxalq miqyaslı teatr festivalları diqqəti çəkir. Əslində, bu festivallar teatrların inkişafına böyük təkan verməlidir. Beynəlxalq teatr festivalları həm dünya teatrları arasında əlaqələrin gücləndirilməsində, həm də yeniliklərin paylaşılmasında, müştərək layihələrin həyata keçirilməsində mühüm rol oynamalıdır.

Çox təəssüf ki, bir neçə məqamı çıxmaq şərtilə Azərbaycanda keçirilən yerli və beynəlxalq teatr festivallarından teatrlarımız elə də faydalana bilmir. Bu festivallar nəticəsində gərək çoxdan Azərbaycan teatrları dünyada böyük nüfuz qazanaydı və bir sıra müştərək layihələrə imza ataydılar. Amma təəssüf ki, biz bunları görə bilmirik. Bəzi teatrlarda müştərək layihələr həyata keçirilsə də, sayı o qədər azdır ki, bütün bunları milli teatrın uğurları saymaq olmur. Doğrudur, bəzi rejissorlarımız keçmiş SSRİ məkanına aid olan respublikaların teatrlarında tamaşalar qoyur, bəzi aktyorlarımız həmin ölkələrin teatrlarında tamaşaya qoyulan əsərlərdə rol alırlar. Bu da çox zaman şəxsi əlaqələr müstəvisində baş verdiyi üçün elə də diqqəti cəlb etmir.

Halbuki, Azərbaycan teatrları hazırda dünyanın ən populyar teatrları ilə yan-yana durmalıydı. Çünki bizim teatr ənənələrimizin kökləri qədimdir və teatrlarımız təcrübəlidir. Azərbaycanda keçirilən beynəlxalq və yerli teatr festivalları teatrların inkişafına niyə müsbət təsir edə bilmir?

  • Yasin Qarayev: “Gərək təqdim edilən əsər də, burada oynayan aktyorlar da, dramaturji material da, onun rejissura həlli də yüksək səviyyədə olsun ki, nəticə də qazanılsın”

Xalq artisti Yasin Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, yerli və beynəlxalq teatr festivallarından teatrlarımızın elə də böyük uğur əldə edə bilməməsinin səbəbi həm teatr üçün yazan müəlliflər, həm də digər amillərlə bağlıdır. Y.Qarayevin sözlərinə görə, bu gün teatr üçün yazanlar, demək olar ki, yoxdur, vaxtilə teatrlar üçün əsər yazanların əksəriyyəti isə ya yazmır, ya da onların çoxu dünyasını dəyişib. Bundan başqa, sənətkarın bildirdiyinə görə, vaxtilə Azərbaycan teatrını təmsil edən ustad, müqtədir rejissor və aktyorların həyatdan köçməsi də teatrların zəifləməsinə, bu kimi festivallardan uğurlu nəticələr əldə edə bilməməsinə səbəb olub. “Bilirsiniz, gərək təqdim edilən əsər də, burada oynayan aktyorlar da, dramaturji material da, onun rejissura həlli də yüksək səviyyədə olsun ki, nəticə də qazanılsın. Bu ondan irəli gəlir ki, bizim teatrımızda olan müqtədir sənətkarlar bir-birinin ardınca dünyalarını dəyişdilər. Onların vəfat etməsi nəticəsində teatrlarda böyük bir boşluq əmələ gəldi. Bizim teatrdan Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Sussana Məcidova, Firəngiz Şərifova, Solmaz Qurbanova kimi sənətkarlar getdi. “Azdrama”dan da, həmçinin, çox böyük sənətkarlar getdi, eləcə də digər teatrlardan. Bu da kino və teatra təsir etdi və bu sahələr laxladı. Zaman lazımdır ki, teatrlarımızda böyük sənətkarlar yetişsin. Aktyorluq elə bir sahədir ki, burada anadangəlmə istedadla yanaşı, sənətkara illərlə qazandığı təcrübə də lazımdır. Bu da illərlə toplanıb yığılır. Bu gün teatrlarda kifayət qədər istedadlı gənclər yetişir, zaman lazımdır ki, onlar yetişsinlər. Mütləq onlar yetişəcəklər. Teatrlarımızın beynəlxalq və yerli teatr festivallarından elə də böyük nəticə əldə etməməsi həm də dramaturji materialların, teatr üçün yazanların olmaması ilə bağlıdır. Vaxtilə Anar, Elçin, İsi Məlikzadə və başqaları teatrlar üçün maraqlı əsərlər yazırdılar. Amma indi yazmırlar. Anar müəllim də, Elçin müəllim də teatr üçün daha yazmır. Bəs kim yazmalıdır? Biz gözləyirik, yenə qayıdırıq Mirzə Cəlilə və digər klassiklərimizə. Mirzə Cəlilin yubiley ilidir. Onun “Dəli yığıncağı” əsərini Gənc Tamaşaçılar Teatrı hazırlayır, bizdən əvvəl “Azdrama” hazırlayıb. Bir əsər bir şəhərdə neçə teatrda oynanılmalıdır ki? Bu gün həm teatrlar üçün yazanların çox az olması, həm aktyorların çoxunun yüksək səviyyədə yetişməməsi bu kimi məsələlərə mənfi təsir göstərir” - deyə Y.Qarayev bildirdi.     

  • Zülfiyyə Eldarqızı: “Festivalların teatrlarımıza çox az fayda verməsinin səbəbi həm dramaturji materialların zəngin olmaması, həm də bəzi rejissorların zəif tamaşalar təqdim etməsidir”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış aktrisa Zülfiyyə Eldarqızının sözlərinə görə, bizim bəzi teatrlarda sənətlə məşğul olunmadığı və onların festivallarda təqdim etdiyi tamaşaların sənətkarlıq baxımından aşağı səviyyədə olduğu üçün biz uğur qazana bilmirik. Azərbaycanda çox istedadlı aktyor və rejissorların olduğunu deyən Z.Eldarqızının bildirdiyinə görə, əsasən bizim rejissorların festivallara təqdim etdikləri tamaşalar beynəlxalq standartlara cavab vermir. “Son illər Azərbaycanda keçirilən yerli və beynəlxalq teatr festivalları, əslində, çox böyük əhəmiyyətə malikdir. Bizdə güclü teatrlar, güclü aktyor və rejissorlar da çoxdur. Hətta bizim dünya səviyyəli sənətkarlarımız var ki, onlar dünyanın istənilən ölkəsində tamaşa oynamağa qadirdirlər. Amma təəssüflər olsun ki, bəzi teatr rəhbərləri teatr festivallarına barmaqarası baxır və onlar festivallara zəif əsərlər təqdim edirlər. Hazırda bizim teatrlarda ən çox tamaşaya qoyulan əsərlər klassik irsimizdəndir. Müasir yazarların da çoxunun əsərləri yüksək səviyyədə deyil ki, onları tamaşaya qoysunlar. Hesab edirəm ki, festivalların teatrlarımıza çox az fayda verməsinin səbəbi həm dramaturji materialların zəngin olmaması, həm də bəzi rejissorların zəif tamaşalar təqdim etməsidir. Yaxşı əsər, ümumiyyətlə, gözdən qaçmır. Bir də festivallara elə də irihəcmli əsərlər təqdim etmək düzgün deyil. Deyirsiniz ki, bu qədər festival keçirilir, amma nəticəsini görmürük. Bu da dediyim amillərlə bağlıdır” - deyə Z.Eldarqızı qeyd etdi.    

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ