Cümə axşamı günü, 08 oktyabr 2026
     

Prezidentin sərəncamı 7 ildir niyə icra olunmur - Göytəpə arxeoparkı...

Image


Gən­cə-Qa­zax böl­gə­sin­də ən iri ar­xe­o­lo­ji abi­də­lər­dən bi­ri olan, Tovuzda yerləşən Göy­tə­pə qə­dim ya­şa­yış yerində aparılan arxeoloji tədqiqatlar Göytəpə Neolit dövrü abidəsinin böyük əhəmiyyətə malik olduğunu meydana çıxarıb. Məlumat üçün bildirək ki, Ne­o­lit döv­rü­nə aid olan Göy­tə­pə qə­dim ya­şa­yış ye­ri Ne­o­lit döv­rü­nə aid digər tə­pə­lə­rin (Ha­cı­əl­ləh­man­lı, Hü­seynqu­lu, Qar­ğa­lar­tə­pə, Töy­rə­tə­pə) əha­tə­sin­də olub, bu gü­nü­mü­zə­dək ən yax­şı və­ziy­yət­də qal­mış abi­də­lər­dən bi­ri­dir. 

Elmi araş­dır­ma­la­rın nəticələrinə görə, Göy­tə­pə qə­dim ya­şa­yış ye­ri­nin Azər­bay­can­da və ümu­mən Cə­nu­bi Qaf­qaz­da e.ə. VI mi­nil­li­yə aid son Ne­o­lit döv­rü­nün in­ki­şaf et­miş mər­hə­lə­si­ni əks et­di­rən er­kən kəndlər­dən ol­du­ğu təs­diqlənir. Qeyd edək ki, 2012-ci ilin ap­rel ayı­nın 12-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev şi­mal-qərb böl­gə­si­nə et­di­yi növ­bə­ti sə­fə­ri za­ma­nı To­vuz ra­yo­nu əra­zi­sin­də Göy­tə­pə Ne­o­lit döv­rü abi­də­si­nin il­kin nə­ti­cə­lə­ri ilə ta­nış olmuşdu və abi­də­nin əsas­lı öy­rə­nil­mə­si is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lə­rin ye­ni döv­rün re­al­lıq­la­rı priz­ma­sın­dan təş­kil olun­ma­sı məq­sə­di­lə AMEA ya­nın­da Göy­tə­pə Ar­xe­o­lo­ji Par­kı­nın ya­ra­dıl­ma­sı ilə bağ­lı 18 ap­rel ta­rix­li Sə­rən­cam im­za­la­mışdı. Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı Azərbaysan Res­pub­li­kası Pre­zi­den­ti İlham Əliyevin  7 il bundan əvvəl imzaladığı Sə­rən­ca­m indiyə kimi icra olunmayıb. Onu da vurğulayaq ki, Göytəpə Arxeoloji Parkının yaradılması üçün dövlət büdcəsindən vəsait də ayrılmışdı. lakin hələ də sözügedən arxeopark yaradılmayıb.

  • “Bu problem əsasən Göytəpə abidəsinin üst örtüyünün qurulması ilə bağlıdır”

“İl­kin si­vi­li­za­si­ya­la­rı əks et­di­rən ar­xe­o­lo­ji komplekslər (Göy­tə­pə Ne­o­lit döv­rü abi­də­si-açıq sə­ma al­tın­da ar­xe­o­park)” ad­lı la­yi­hənin mü­əl­lif­lə­rindən biri olan tarix üzrə fəsləfə doktoru Fər­had Qu­li­yevlə əlaqə saxlayıb indiyə kimi Prezident sərəncamın hansı səbəbdən icra edilmədiyini və bu sərəncamın icrasında nə kimi problemlərin olduğunu öyrəndik.

- Fərhad müəllim, 2008-ci il­də Sizin rəh­bər­li­yinizlə Göy­tə­pə qə­dim ya­şa­yış ye­rin­də əsas­lı ar­xe­o­lo­ji qa­zın­tı­la­ra baş­la­nıb. Burada böyük arxeoloji qazıntı işləri həyata keçirilib.

- Bəli. Bu olduqca unikal bir abidədir və onun barəsində dünyanın bir sıra nüfuzlu elmi jurnallarında maraqlı məlumatlar dərc edilib və bir sıra xarici mütəxəssislərin bu qədim abidə haqqında geniş məlumatı var.

- Göytəpə abidəsi, eləcə də burada görülən işlər Prezident İlham Əliyevin də diqqətində idi, şəxsən onun özü 2012-ci ildə həmin abidə ilə tanış olmuşdu və Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı Sərəncam imzalamışdı. Bildiyimiz qədər, bu sərəncam hələ də icra olunmayıb. Sərəncamın icra olunmamasının səbəbi nədir?

- Bəli, sərəncam hələ də icra olunmayıb. Cənab Prezident bu barədə 2012-ci ildə sərəncam imzalayıb. Biz həmin arxeoparkın  formalaşdırılması, yaradılması ilə bağlı türkiyəli mütəxəssislərin birbaşa iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasında layihə hazırlamışıq. Sadəcə, layihənin icrası ilə əlaqədar müəyyən problemlər yarandı.

- Söhbət konkret olaraq hansı problemlərdən gedir?

- Bu problem əsasən Göytəpə abidəsinin üst örtüyünün qurulması ilə bağlıdır. Çünki bəzi təkliflər vardı ki, abidənin üstü qurularkən dirəklərdən istifadə olunsun. Biz də, xarici mütəxəssislər də bu təklifin əleyhinə çıxdıq, onu qəbul etmədik. Həmin abidənin üst örtüyünün qurulması xüsusi yanaşma tələb edir. Yəni dirəklər olmamaq şərtilə xüsusi konstruksiya qurulmalıdır. Görəcəyimiz işin birinci mərhələsi bu idi.

- Layihədə başqa hansı məsələlər əks olunmuşdu ki, onun yaradılması problemə çevrildi?

- Görəcəyimiz işin ikinci mərhələsi abidənin ətrafında neolit kəndinin canlandırılması ideyası idi. Qazıntılar zamanı əldə edilən nəticələri biz orada yeni formatda qədim dövrün interyerini yaratmaq şərtilə Neolit dövrünü canlandırmalı idik. Yəni layihəmiz ikimərhələli bir layihə idi. Eyni zamanda da arxeopark ərazisində muzey tikilməsi nəzərdə tutulmuşdu. Burada həm neolit kəndinin canlandırılması, həm muzeyin tikilməsi çətin proses deyil, onları həyata keçirmək mümkündür. Əsas problem abidənin üst örtüyünün qurulması ilə bağlı olub. Təsəvvür edin ki, 9 metr hündürlüyündə təpədir və onun üstündə elə örtük qurulmalıdır ki, onun dayaq yeri abidənin üzərində olmasın. Bu istiqamətdə konstruksiyanın qurulması problem yaratdı. Bu məsələlər xeyli vaxt müzakirə edildi və sərəncamın icrası gecikdi. Faktiki olaraq, Göytəpə abidəsində tikinti işləri başlanmayıb. Konkret olaraq layihə və ideya ortadadır. Burada tədqiqatçıların üzərinə düşən işlər görülüb və bircə o işlərin həyata keçirilməsi qalıb.    

- AMEA tərəfindən işin icrası ilə bağlı hər hansı bir addımın atılması barədə nə deyə bilərsiniz?

- Milli Elmlər Akademiyası tərəfindən bu məsələ yenidən müzakirə edilib. Bilirsiniz ki, ölkəmizdə Turizm Agentliyi yaradılıb. Ola bilsin ki, bu layihə Turizm Agentliyinin iştirakı ilə icra olunsun. Çünki sərəncamda da göstərilib ki, elmlə turizmin vəhdətini nəzərə almaq şərtilə bu layihə icra olunsun. O zaman belə bir agentlik yox idi, indi isə yaradılıb, təbii ki, bu qurumun da məsələyə öz yanaşması, konsepsiyası var. Biz ümid edirik ki, dövlət başçısının sərəncamı əsasında öz layihəmizi Turizm Agentliyinin iştirakı ilə həyata keçirə biləcəyik. Bu olduqca mürəkkəb layihədir. Bu, sadə bir məsələ deyil. Orada əsas məqsəd qazılmış sahələrin üzərində örtüyün qurulmasıdır. Ölkə başçısı da göstəriş vermişdi ki, bu məsələni həyata keçirin. Dirəklərlə qurulan örtüklər bizim yanaşmada qətiyyən qəbul edilmir. Biz onu qursaq da, sabah beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanmayacaq.

- Hansı qurumları nəzərdə tutursunuz?

- Biz Göytəpə abidəsini UNESCO-nun siyahısına daxil etmək istəsək və bununla bağlı UNECO-nun komissiyası ora gəlsə, bu örtüyü normal qəbul etməyəcək. Deyim ki, Göytəpə abidəsinin UNESCO siyahısına daxil edilməsi üçün əlimizdə bütün imkanlar var.

- Belə anladıq ki, bu abidə bütün parametrlərinə görə bəşəriyyət üçün əhəmiyyətli abidədir.

- Bəli. Göytəpə elmi baxımdan bütün dünyada Qafqaz neoliti anlamında tanınan etalon abidələrdən biridir. Bu abidə xaricdə kifayət qədər populyardır. Bilirik ki, elmi baxımdan biz o abidəni komissiyaya təqdim etsək, onlar bu abidəyə yüksək qiymət verəcəklər. Sadəcə olaraq, abidənin üzərində örtüyün qurulması, eyni zamanda da ətrafında xüsusi olaraq Neolit dövrünün xüsusiyyətlərini əks etdirən həmin dövrün interyerinə uyğun tarixi mənzərənin yaradılmasında diqqətli olmaq lazımdır.

- Belə başa düşdük ki, bu olduqca bahalı layihədir və onun icrası üçün milyonlarla vəsait lazımdır. Səhv etmiriksə, layihənin icrası üçün dövlət tərəfindən maliyyə də ayrılmışdı. O maliyyə işi icra etmək üçün yetərli deyildi?

- Bu işə 300 min manat məbləğində maliyyə ayrılmışdı. Bu da layihələndirmə işlərinə görə idi. Məndə olan məlumata görə, Milli Elmlər Akademiyası həmin vəsaiti istifadə etməyib. Bəli, ilkin olaraq layihənin həyata keçirilməsi baha idi. Açığnı deyim ki, ümumiyyətlə, bahalı layihələrin əleyhinəyəm. Çünki çox vaxt bahalı layihələr həyata keçirilir və sonra baxırsan ki, bunun rentabelliyi olmur. Çox bahalı layihələrə ehtiyac yoxdur. Yəni problem layihənin bahalı olmasında deyil, bizə görə bu layihə elə də böyük vəsait tələb etmir. Məqsədimiz neolit kəndini canlandırarkən orada müasir texnologiyalardan istifadə etmək deyil, bu kəndin qurulmasında təbii materiallardan istifadə edilməlidir. Ağac və digər təbii materiallar da, örtüyün qurulması da elə də böyük vəsait tələb etmir. Sadəcə, məsələ həmin örtüyü necə qurmaqla bağlıdır. Bizi əsas bu məsələ düşündürür, yol tapmaq lazımdır ki, bu örtük hansı formatda olsun və onun qurulmasında dirəkdən istifadə edilməsin, bu qurğu abidənin qədimliyinə xələl gətirməsin.

- Göytəpə Arxeoloji Parkının yaradılmasına nə zaman başlana bilər?

- Bu sahədə artıq müəyyən canlanmalar var. Bu ilin may-iyul aylarında Göytəpə Arxeoloji Parkı ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Artıq bununla bağlı müzakirələr aparılıb. Tovuz rayon rəhbərliyi və yerli əhali bu parkın yaradılmasının arzusundadır. Onu da deyim ki, Göytəpə abidəsi ilə bağlı Azərbaycan Televiziyası tərəfindən film çəkilib və filmin təqdimatı sentyabrda olacaq. Həmin filmin çəkilişlərində xarici mütəxəssislər də iştirak etdilər. Bakının evsahibliyi ilə keçirilən UNESCO-nun Ümumdünya irs komitəsinin 43-cü sessiyası çərçivəsində İncəsənət Muzeyində Göytəpədə aparılan tədqiqatlarla bağlı sərgi keçirildi. Biz həmin sərgidə maraqlı materiallar təqdim etdik. Sərgiyə gələn mütəxəssislər bu arxeoloji eksponatlara, materiallara çox yüksək qiymət verdilər və bildirdilər ki, bunu dünyada tanıtmaq, təbliğ etmək lazımdır. Qeyd etdiyim kimi, may-iyul aylarında bu məsələ yenidən gündəmə gətirildi və canlandırıldı. Akademiyada da müzakirə edildi. İndi Akademiyada belə bir fikir var ki, bu layihə Turizm Agentliyi və digər qurumlarla birgə müzakirə edisin. İnanıram ki, bu ilin sentyabr ayından sonra bu istiqamətdə müəyyən işlər olmaldır. Hamı bunu istəyir. Türkiyədə və başqa ölkələrdə buna bənzər layihələr artıq başa çatdırılıb. Biz də bu işi həyata keçirmək istəyindəyik, ümid edirəm ki, bu layihəni uğurla icra edə biləcəyik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ