Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xalq artisti Bəsti Cəfərovanın “Azdrama” rəhbərliyinə ünvanladığı ittihamlara teatrdan cavab gəldi

Image


Cavid Zeynallı: “Hazırda hər aktyora öz istəyinə görə rol verilməsi təcrübəsi real deyil”

 

Son dövrlər bir sıra teatrlar müxtəlif qalmaqal predmeti olaraq gündəmə gəlirlər. Bir sıra teatrlarda teatr rəhbərliyi ilə xalq və əməkdar artistləri arasında ciddi narazılıqlar baş verdiyi gizlin deyil. Xalq artistlərinin bir çoxu mətbuata verdikləri açıqlamalarda bildirirlər ki, yaşlarına görə teatrlarda ayrıseçkiliklə üzləşirlər, onlara rol verilmir, oynadıqları tamaşalar teatrların repertuarından çıxarılır və s.

Bilirik ki, son bir neçə ildə bu məsələdə ən çox qalmaqal, söz-söhbət yaşanan teatrlardan biri Akademik Milli Dram Teatrıdır. Bu teatrda həm köhnə, həm də yeni rəhbərliyin dövründə aktyor və aktrisalarla bağlı müəyyən qalmaqallar yaşanıb, sənətkarlar teatr rəhbərliyini bir sıra məsələlərdə ittiham ediblər. 

Akademik Milli Dram Teatrının aparıcı aktrisalarından olan xalq artisti Bəsti Cəfərova mətbuata müsahibəsində çalışdığı teatrda teatr rəhbərliyi tərəfindən ayrıseçkiliyə məruz qaldığını bildirib. O qeyd edib ki, teatrda baş rol oynadığı bəzi tamaşalar repertuardan yığışdırılıb, oynadığı tamaşalar hər ay repertuara salınmır. “Yubileyi olan aktyorlar üçün tamaşa və yubiley gecələri ənənəsi bütün teatrlarda var. Biz cavan olarkən əlli yaşı olan aktyorlara belə yubiley gecələri keçirilirdi. 2019-cu ildə də mənim yubiley yaşım olduğu üçün, yubiley tamaşası barədə arzumu bədii rəhbər Azərpaşa Nemətova bildirdim. O da mənə əsər seçilməsi barədə düşündüyünü və tapşırıq verdiyini söylədi.

Ancaq ikinci dəfə dekabrda onun yanına gedəndə Azərpaşa Nemətov mənə dedi ki, bu haqda nazirliyə demişəm. Bildiriblər ki, Bəsti Cəfərovanın tamaşası var, oradakı rolunu ifa edər, biz də onun yubileyini təbrik edərik. Mən israr etdim ki, həmin tamaşanı artıq bir ildir oynayıram və yubileyimdə tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxmaq istəyirəm.

Bundan sonra Azərpaşa Nemətov mənə yeni bir əsər seçib ona təqdim etməyimi istədi. Mən əsər seçib onun yanına gedəndə isə gözləmədiyim münasibətlə qarşılaşdım. Əsəri ona təqdim edəndə dedi ki, mən sənə dedim axı, tamaşa qoymağa pul yoxdur. Əgər o mənə əvvəl gedəndə desəydi ki, pul yoxdur, mən əsər seçib onun yanına gedərdim? Təbii ki, yox. Mən ondan xəbər alanda ki, bundan sonra tamaşa qoyulmayacaq? O, “Afinalı Timon” və “On ikinci gecə” tamaşalarını yenidən səhnəyə qoyacağını söylədi. A.Nemətovun sözlərindən belə çıxdı ki, onun qoyduğu tamaşalara pul var, mənim üçün hazırlanacaq yubiley tamaşasına isə yoxdur” - deyə aktrisa bildirib.

Teatr Xadimləri İttifaqında bir neçə sənət adamının “Sənətkar medalı” ilə təltif olunmasına da münasibət bildirən aktrisa qeyd edib ki, adını o siyahıda görməyib və buna görə də 1980-ci ildən üzvü olduğu Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina edir.

A.Nemətovun ona yaxşı münasibət bəsləmədiyini də qeyd edən aktrisa bildirib ki, o heç vaxt ona tamaşasında rol verməyib: “A.Nemətov məni aktrisa kimi sevmirsə, rol verməsin. Necə ki, indiyə qədər verməyib. Amma o, bizim teatra rəhbər gələndə bilməliydi ki, orada Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Ramiz Novruzov kimi aktyorlar var. İndi o məni aktrisa kimi sevmirsə, mən ərizəmi yazıb teatrdan çıxası deyiləm ki...”.

B.Cəfərovanın səsləndirdiyi ittihamlar nə dərəcədə həqiqəti əks etdirir? Doğrudanmı teatr rəhbərliyi tərəfindən ona belə bir münasibət sərgilənib?

Xalq artisti B.Cəfərovanın müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirən teatrın mətbuat katibi Cavid Zeynallı “Bakı-Xəbər”ə bildirdi ki, teatr rəhbərliyinin B.Cəfərova başda olmaqla, hər bir aktyora böyük hörməti, ehtiramı var: “Rəhbərlik teatrda sağlam mühitin qorunması, yaradıcı atmosferin saxlanması üçün bütün mümkün vasitələrdən istifadə edir. Bu mənada, hörmətli sənətkarımız Bəsti xanımın özünü “qərib” hiss etməsi anlaşılan deyil. Teatrın bədii rəhbəri-direktoru, xalq artisti A.Nemətov kollektivlə ilk görüşündə bəyan etdi ki, bu teatrın qapısından içəri girən hər bir insan mənə əzizdir, doğmadır. Bu əziz və doğmalıqdan B.Cəfərovaya və onun adını çəkdiyi sənətkarlarımız N.Mehdixanlı və R.Novruzova da ən yüksək mənada pay düşür. Onların rol aldığı tamaşalar hər ay repertuara salınır. B.Cəfərova, N.Mehdixanlı və R.Novruzov bu gün Akademik Milli Dram Teatrının sevilən, tamaşaları baxılan sənətkarlarıdır. Son illərdə onların oynadığı bir-birindən maraqlı rollara olan tamaşaçı sevgisi bunu sübut edir. A.Nemətov bütün ömrünü teatr sənətinə həsr edən insandır. Ayrıseçkilik onun dünyagörüşünə, sənətə münasibətinə ziddir. A.Nemətovun bir arzusu, istəyi var: yaradıcı müstəvidə, maddi-texniki bazanın zənginliyi müstəvisində teatrımızı indikindən dəfələrlə irəli aparsın. O bunu öz böyük missiyası hesab edir. B.Cəfərova ilə bərabər. B.Cəfərova müsahibəsində bir qədər emosiyaya qapılır və qeyri-dəqiq qənaətlər səsləndirir. Məsələn, yubiley tamaşası istəmək... Əlbəttə, oynamaq, çalışmaq gözəl arzudur. Amma bu arzu teatrın imkanları, repertuar planı ilə üst-üstə düşməlidir. Bəsti xanım özü dediyi kimi, bir il əvvəl “Qətibə İnanc” tamaşasının premyerasını keçirib. O tamaşa bu gün də uğurla oynanılır. Hazırda hər aktyora öz istəyinə görə rol verilməsi təcrübəsi real deyil. Siz təsəvvür edirsinizmi, məsələn, bizim teatrın 17 xalq artisti hər biri ayrıca tamaşa istəsin? Burada ümumi prinsip əsas götürülməlidir və əsas da götürülür. Məlumat üçün deyim ki, A.Nemətov da özünə yubiley keçirmir, belə şeylərdən çoxdan imtina edib. Bəsti xanımın Teatr Xadimləri İttifaqının üzvlüyündən imtina etməsi isə onun şəxsi işidir”.

C.Zeynallı, həmçinin, qeyd etdi ki, İttifaq könüllü, ictimai təşkilatdır, hər bir üzvün istəyinə hörmətlə yanaşır. “Bəsti xanımı yubileyi münasibətilə təbrik edirik. Onu hələ daha böyük rollar, daha gözəl çiçəklər, daha gur alqışlar gözləyir” - deyə mətbuat katibi vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ