24/06/2019 20:26
728 x 90

Hidayətin "Bu dünyanın adamları" Qırğızıstan teatr səhnəsinin uğurlu fəthinə başlayıb - FOTO

img

Qırğızıstanın paytaxtı Bişkekdə Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının səhnəsində hazırlanmış Hidayətin “Bu dünyanın adamları” tragikomediyası uğurla göstərilir.

Tamaşanın premyerasından öncə çıxış edən teatrın bədii rəhbəri Akimbek Tekeşov bildirib ki, 1982-ci ildə Hidayətin yazdığı bu qəmli komediya o vaxtlar televiziya tamaşası ilə təqdim edilib, lakin məlum mövcud rejim tamaşanı dərhal bağlayaraq təkrar göstərilməsinə icazə verməyib. Əsərin ən böyük uğurları Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı dövrünə təsadüf edib. Gələn il 150 illik yubileyini qeyd edcək müsəlman Şərqinin ilk peşəkar teatrı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur aktyorların ifasında əsər 116 dəfə oynanıb. Qafqazda ilk rus teatrı olan Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında uzun illər bu tamaşa “Mənzil” adı altında göstərilib. Azərbaycanın digər teatrlarında da uğurla səhnəyə çıxan əsər Türkiyənin məşhur Ankara Bələdiyyə teatrında da səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru Valeriy Kraynov, quruluşçu rəssamı Jumabek Bazarbayev, bəstəkar Azərbaycanın xalq artisti Eldar Mansurovdur.

Qırğız Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Qırğızstanın tanınmış ictimai və mədəniyyət xadimləri, görkəmli ziyalıları, diasporamızın üzvləri,  kütləvi informasiya vasitələrinin nümayəndələri tamaşaçılar arasında olub.

Eyni zamanda, Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyasının “Ala-Too 24” proqramında, həmçinin “NTS”, “ELTR” televiziya kanallarında da tamaşadan süjetlər nümayiş etdirilib. Ölkənin ən populyar qəzeti olan “Veçerniy Bişkek”də görkəmli jurnalist Nina Nikipirovanın “Maskalar yırtıldı” adlı sanballı məqaləsi, həmçinin Qırğızıstanın "Kabar", ”For.kg”, “Knews.kg”, “24.kg” və digər KİV-ləri bu premyeranı ölkənin mədəni həyatında əlamətdar hadisə kimi təqdim edib.

Baki-xeber.com

Son xəbərlər