Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yunus Oğuz “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” adlı beynəlxalq elmi konfransda sanballı çıxış etməyə hazırlaşır

Image


Tariximizin mühüm səhifələrinin öyrənilməsi çağdaş tarixşünaslığın qarşısında duran vacib vəzifələrdən biridir. Qüdrətli Azərbaycan hökmdarı, sərkərdəsi Nadir şah Əfşar öz şəxsiyyəti, fəaliyyəti ilə hər zaman tədqiq edilməyə, öyrənilməyə ehtiyac duyulan dövlət xadimidir.

Nadir şah Əfşarın irsi, onun dövlətçiliyimizin formalaşmasında oynadığı əvəzsiz rol yenidən tədqiq edilməli, bugünkü və gələcək nəsillərə çatdırılmalıdır. Artıq bu istiqamətdə yeni işlər həyata keçirilir.

İyunun 19-dan 21-dək Bakı şəhərində “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Sözügedən konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.

Bildiyimiz kimi, Nadir şah Əfşar mövzusunu uzun illərdən sonra yenidən ədəbiyyatımıza “Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, tanınmış yazıçı-dramaturq Yunus Oğuz tarixi faktlar əsasında yazdığı “Nadir şah” əsəri ilə gətirib.

Yunus Oğuzla əlaqə saxlayıb onun həm keçiriləcək konfransla bağlı fikirlərini, həm də həmin tədbirdə iştirak edib-etməyəcəyini öyrənmək istədik. Y.Oğuz bildirdi ki, sözügedən konfransın keçirilməsi nadirşahşünaslıq üçün əlamətdar hadisədir. Onun sözlərinə görə, bu onu göstərir ki, artıq Nadir şahın fəaliyyəti dərindən öyrəniləcək və təbliğ olunacaq. “Çox şadam ki, nəhayət, bu məsələyə bu şəkildə diqqət yetirilir. Mən “Nadir şah” romanını 2007-ci ildə yazmışam. Yaxşı ki, yavaş-yavaş Azərbaycan xalqı, dünya türkləri, Afşarlar, Qacarlar artıq Nadir şahın qiymətini verməyə başlayırlar. Hesab edirəm ki, bundan sonra dərsliklərdə Nadir şahın zülmkar, qaniçən bir obrazda təqdim edilməsini də aradan qaldıracaqlar. Demək istəyirəm ki, bir romanın təsiri artıq 12 ildən sonra özünü göstərdi. Nəhayət, “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” adlı beynəlxalq elmi konfrans keçirirlər. Bu çox vacib bir məsələdir. Digər tərəfdən, bu konfransın böyük elmi, tarixi əhəmiyyəti var. Nadir şahın ölümündən sonra onun haqqında XVIII, XIX, XX, XXI əsrlərdə saysız əsər, kitablar yazılıb. Düzdür, Nadir şah haqqında ayrıca bədii film çəkilməsə də, digər filmlərdə adı xatırlanıb. Təbii ki, Nadir şahla bağlı araşdırmaların yüksək səviyyəyə gətirilməsi hökmən lazımdır. Çünki ki, o, parçalanmış Azərbaycanı, Səfəvilər, qızılbaşlar torpağını yenidən birləşdirdi. Bu çox mühüm hadisədir. Bu gün bizim Qarabağ mübarizəmiz başa çatmayıb. Nadir şahın göstərdiyi şücaətlərin, çobanlıqdan şahənşah tituluna qədər ucalan bir şəxsiyyətin irsinin dərindən öyrənilməsi çox vacibdir. Şanlı tarixi keçmişimiz deyəndə o tarixi yaradanlardan biri də Nadir şahdır. Nadir şahla bağlı Tarix İnstitutu tərəfindən, dövlət səviyyəsində yüksək bir beynəlxalq konfransın keçirilməsi təqdirəlayiqdir. Əvvəla onu deyim ki, Nadir şah dövründə həm daxili, həm də xarici məktublaşmalar ana dilimizdə aparılırdı. Onun dövründə bütün əhali türkcə, indiki Azərbaycan dilində danışırdı. Molla Pənah Vaqifin şeyriyyətini necə anlayırıqsa, Nadir şahın dövründə də dilimiz o formada idi. Şah İsmayıl Xətai dövründən başlanan ana dilimizin formalaşması, xalqın formalaşması prosesi Nadir şahın dövründə başa çatdırıldı. Xalq başa düşdü ki, dil olmadan, xalq olmadan, vahid bir hala gəlmədən dövləti idarə etmək olmaz. Nadir şaha sui-qəsddən sonra baş verənlər məlumdur. Azərbaycan torpağı parçalandı, xanlıqlar yarandı, sonradan isə torpaqlarımız tam olaraq param-parça edildi”.

“Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” adlı beynəlxalq elmi konfransda iştirak edəcəyini bildirən Y.Oğuz burada elmi deyil, elmi-bədii-publisistik çıxış etməyi planlaşdırdığını dedi. “Mən elmi məruzə etmək niyyətində deyiləm, əslində edə də bilərəm. Lakin hesab edirəm ki, elmi məruzəni alimlər etsinlər. Ancaq istəyirəm ki, “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” adlı beynəlxalq elmi konfransda Nadir şah haqqında çox sanballı çıxış edim. Arzum budur ki, konfrans iştirakçılarına “Nadir şah” romanını bağışlaya bilim” - deyə Y.Oğuz bildirdi.

“Beynəlxalq konfrans çərçivəsində bir neçə il əvvəl Milli Akademik Dram Teatrında tamaşaya qoyulan “Nadir şah” pyesi də təqdim edilə bilərmi” sualına Y.Oğuz belə cavab verdi: “Hesab edirəm ki, bu məsələni Mədəniyyət Nazirliyi və Tarix İnstitutu reallaşdıra bilər. Çox təəssüf ki, artıq iki ildir Akademik Milli Dram Teatrında “Nadir şah” tamaşasını dayandırıblar. Əslində, bərpa edə bilərlər. Tamaşanın kimin tərəfindən dayandırılmasından xəbərim yoxdur. Həmin tamaşada rol alan aktyorların əksəriyyəti teatrdan uzaqlaşdırıldıqdan sonra bu tamaşa dayandı. “Nadir şah” tamaşası Mədəniyyət Nazirliyinin sifarişi ilə Akademik Milli Dram Teatrında səhnələşdirilib. O tamaşanı bərpa etmək mümkündür. Tamaşa yenidən səhnəyə qayıdarsa və təqdim edilərsə, bu, konfrans iştirakçılarına böyük hədiyyə olardı” - deyə Y.Oğuz bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ