çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Bəhram Bağırzadəyə niyə hamıdan çox pul verildi?...

Image


Mədəniyyət Nazirliyi bir sıra yazıçı ilə alqı-satqı müqavilələri bağlayıb. Müqavilələrdə həmin yazıçılardan müxtəlif kitabların satın alınması nəzərdə tutulur.

Bu alqı-satqının nazirliyin kitabxana fondunun oxucuların tələbatına uyğun yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi məqsədi daşıdığı bildirilir.

Nazirlik müqavilə bağladığı xalq yazıçısı Elmira Axundovaya 3000, şair Qəşəm Nəcəfzadəyə 1050, yazıçı Kəramət Böyükçölə 4500, xalq yazıçısı Kamal Abdullaya 2500, KVN-in keçmiş üzvü Bəhram Bağırzadəyə 9100 manat verəcək.

Bundan əlavə, nazirlik Seyfəddin Hüseynli (3000 manat), Fərid Hüseyn (2000 manat), İlham Qəhrəman (500 manat), Cavid Zeynalov (1500 manat), Siyavuş Quliyev (2300 manat), Etibar Yaqubov (1599 manat), Nazilə Quliyeva (1000 manat), Kəmalə Abıyeva (700 manat), İslam Sadıq (1500 manat), İlqar Tağıyev (1050 manat) və Azad Yaşar (2200 manat) ilə də müqavilə bağlayıb.

Qeyd edək ki, nazirliyin təqdim etdiyi siyahı ədəbi ictimiayyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə ciddi tənqid olunub. Məsələn, Bəhram Bağırzadəyə hamıdan çox pul ayrılması da ayrıca müzakirə olunur.

Kimə hansı həcmdə pul verilməsi nəyin əsasında müəyyən olunub? Niyə yazarların əsərlərinə fərqli qiymət qoyulub? Bu hansı mexanizmlə təyin olunub?

Aydın Xan Əbilov: “...Birdən-birə 9100 manat ayrılması, əlbəttə, ədəbi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb”

İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net-Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Mədəniyyət Nazirliyinin Azərbaycan müəlliflərinin kitablarının alışı ilə bağlı açıqladığı siyahı cəmiyyətdə, ədəbi ictimayyətdə geniş müzakirə olunur, bəzi məqamlar ciddi tənqid olunur. İctimaiyyətin bu məsələyə ciddi reaksiya verməsinin səbəbini A.X.Əbilov cəmiyyətimizin ədəbiyyata, söz sənətinə, mədəniyyətə, təhsilə, elmə, mütaliəyə olan marağı ilə izah edir: “Bir yazıçı, kulturoloq, analitik təhlillər aparan, mədəniyyət hadisələrinin ümumi qiymətini verən şəxs kimi bu məni çox maraqlandırır və sevindirir. Mədəniyyət Nazirliyinin alış və satış müqaviləsində göstərilən müəlliflərin, demək olar ki, böyük əksəriyyəti bizim qələm sahibləridir. Kimsə onlar haqqında nə isə deyirsə, bunlar son illərdə Azərbaycan ədəbi mühitində, kitab nəşri və yayımı sahəsində gedən proseslərdən xəbəri olmayan şəxslərdir. Bütövlükdə götürdükdə, o şəxslərin hər biri müasir Azərbaycan ədəbiyyatını layiqincə təmsil edir. Bildiyim qədər, yalnız yerli müəlliflərin kitabları deyil, xarici ədəbiyyat nümunələri də nəşriyyatlardan satın alınıb kitabxanalara paylanılır. Biz kitab nəşri, satışı, yayımı, müəllif hüquqları, qonorarla bağlı istənilən yeniliyi dəstəkləyirik. Bütün təndiqi münasibətlərə hörmətlə yanaşsaq da, onların tərəfindəyik. Əlbəttə, bəzi müəlliflər haqqında fakir mübadiləsi ola bilər. Bəhram Bağırzadə son illər kitab nəşri ilə çox ciddi məşğul olan bir müəllifdir. Bildiyim qədər, Bəhram Bağırzadənin kitablarının 90 faizinin nəşri müxtəlif xarici ölkələrin səfirlikləri tərəfindən maliyyələşdirilir. Çapı ayrı-ayrı səfirliklər tərəfindən maliyyələşdirilən kitabların təzədən dövlət tərəfindən alınması bir qədər suallar doğurur. Üstəlik də Azərbaycan dilində yazan müəlliflərin 90 faizinə çox az məbləğdə vəsait ayrılması, amma Bəhram Bağırzadəyə birdən-birə 9100 manat ayrılması, əlbəttə, ədəbi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Düşünürəm ki, ümumiyyətlə, alış-satışla bağlı tender haqqında qanun var, eyni zamanda da dövlət satınalması ilə əlaqədar.

Bu məsələlərlə dövlət qurumları, eləcə də Hesablama Palatası çox ciddi məşğul olmalıdır.

Kitabların alınması vacibdir, yeni kitabların yazılması üçün yazıçı və şairlərə motivasiya verilməlidir”.

A.X.Əbilovun fikrincə, hələ ki, bizdə nəşriyyat və yayım işi elə də ürəkaçan səviyyədə deyil, ona görə də dövlət tərəfindən bu kitabların alınması və kitabxanalara paylanılması oxucular üçün də müsbət haldır.

A.X.Əbilov hesab edir ki, oxucuların mütləq əksəriyyəti kitabları kağız variantda yox, məhz elektron daşıyıcılar vasitəsilə oxumağa, yeni əsərlərlə tanış olmağa üstünlük verir. “Hesab edirəm ki, Mədəniyyət Nazirliyinin bu addımı bəlkə də praktik cəhətdən düzgündür, amma nəzəri cəhətdən səhv addımdır. Biz dəfələrlə elektron kitabxana, Azərbaycandilli elektron resursları, süni intellekt mənbələri üçün Azərbaycan dillində mənbələrin olmaması və bu proqramların tətbiqləri, Azərbaycan və dünya ədəbiyyatı, Azərbaycan həqiqətləri, tariximiz, Qarabağla, Zəfərlə bağlı kitabların elektron variantlarının hazırlanması ilə bağlı müraciətlər etmişik. Təəssüflər olsun ki, müraciətlərimizə hər dəfə yalnız bir cavab almışıq: “Bizim indi buna imkanımız yoxdur, biz gələcəkdə buna baxacağıq”. Azərbaycan Mədəniyyət Nazirliyi yalnız daxildə olan oxucuları yox, 60 milyonluq dünya azərbaycanlılarını düşünməlidir. Məhz cənab Prezident Azərbaycan Milli Elmlər Akademiyasında tarixi əhəmiyyətli çıxışında da süni intellekt tətbiqləri, süni intellekt resursları, internet resursları, sosial şəbəkələrin Azərbaycandilli resurslarının ciddiləşdirilməsi, yeni nəsil oxucular üçün nəinki Azərbaycan daxilində, bütövlükdə dünyada yaşayan 60 milyonluq oxucularımız üçün süni intellekt, yaxud mütailə ilə bağlı virtual mətnlərin çox olmalı olduğunu xüsusi vurğuladı.

Təəssüflər olsun ki, sanki bu çağırışlar Mədəniyyət Nazirliyinin aidiyyəti qurumları və məmurları tərəfindən eşidilmir. Bu nazirlik hələ də anlamır ki, dünya artıq elektronlaşıb. ABŞ, Kanada, Avstraliya, Avropa ölkələri demək olar ki, öz kitablarının 90 faizinin elektron variantlarını hazırlayıb internetdə yerləşdiriblər. Bizdə bu neçə faizdir? Həm Milli Kitabxana, həm Mərkəzi Elmi Kitabxana, həm univetsitet kitabxanaları, həm də rayon kitabxanalarının resursları bərbad gündədir. Niyə elektron kitablarla bağlı müsabiqə təşkil olunmur? Niyə elə həmin yazıçıların kitablarının elektron variantları alınıb internet platformalarında yerləşdirilmir? Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana olaraq artıq 2009-cu ildən bu yana cənab Prezidentin xeyir-duası ilə Azərbaycan və dünya ədəbiyyatını elektronlaşdırıb 15-16 minə yaxın electron kitabı və 20 minə yaxın elektron nəşrləri öz kitabxana resurslarımızda yerləşdirmişik. Bizə qrant ayıran təşkilatların müəyyən lokal layihələrindən başqa heç bir dövlət qurumundan kömək ala bilmirik. Nə Mədəniyyət Nazirliyi, nə onun strukturları, nə Mərkəzi Kitabxana, nə də digərləri bizə dəstək vermir. Amma dünyada elektron kitabxanalarla, elektron kitab satışı ilə bağlı görün nə qədər böyük proseslər gedir. Onların çox böyük büdcələri var, amma biz Azərbaycanda kağız kitabları alırıq. Bəli, kağız kitabların çapı və alışı vacibdir. O, orta və yaşlı nəslin nümayəndələri üçündür, amma bütövlükdə gənc nəsil kağız kitabdan istifadə etmir. Bəzi yazıçılar var ki, onların ətrafında yaxşı piar qurulanda onun kitablarını alınır. Amma yazıçılar da, oxucular da əsasən eyni cameənin adamlarıdır…”-deyə A.X.Əbilov bildirdi.

Emil Rasimoğlu: “Bu kimi seçimlər və fərqləndirmələr yalnız şəxsi təşəbbüs, rəy və ya müəyyən “maraqlar” əsasında aparılır”

AYB-nin üzvü, şair-publisist Emil Rasimoğlu isə məsələ ilə bağlı “Bakı-Xəbər”ə bunları dedi: “Bilirsiniz, əvvəla, onu deyim ki, hər hansısa bir strukturun hansısa ədəbiyyat adamı, sənət adamı, qələm adamı ilə kitabın təbliği, təqdimi fonunda alqı-satqı müqaviləsi bağlaması ideyası təqdir olunası addımdır o halda ki, hər şeydən əvvəl meyar sənət, sənətkarlıq ola. Mədəniyyət Nazirliyindən də bütövlükdə xüsusən, bu prinsiplərə sadəqəti (eyni zamanda həmin sədaqətin fonunda ədalət mahiyyətini) gözləmək, ümumiyyətlə o qurumu “maraqların diqtəsi”ndən uzaqda təsəvvür etmək sadəcə özünü aldadılmağa sövq etməkdir.

Qoy həmin strukturun bir rəsmisi çıxıb izah etsin görək, həmin siyahıdakı müəlliflər hansı ədalətli kriteriyalar əsasında seçilib və ya seçilmiş müəlliflər arasında iqtisadi alqı-satqı fərqi hansı kriteriyalar əsasında formalaşıb?

Zatən, o məlum siyahıya baxanda “pərdənin” arxa tərəfi gün kimi aydın görünür. Və biz həmin Mədəniyyət Nazirliyinin iş prinsipindəki dırnaqarası ənənələri də çox gözəl görürük.

Bu kimi seçimlər və fərqləndirmələr yalnız şəxsi təşəbbüs, rəy və ya müəyyən “maraqlar” əsasında aparılır.

Mədəniyyət Nazirliyi gərək unutmasın ki, yazıçı adına Bəhram Bağırzadəyə ilahiliklə qucaq açmağın özü Əkrəm Əylislinin kitablarını yenidən yandırmaq, Rafiq Tağını bir daha “bıçaqlamaqdır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ