Cümə günü, 06 noyabr 2026
     

Əmrah özünü bugünkü qədər yalqız hiss etməmişdi...Anchor

Image


İlk günlər Əmrah üçün çox çətin idi. Tanımadığı insanlar, bələd olmadığı məkan, müxtəlif xarakterli uşaqlar... Onu binanın ikinci mərtəbəsindəki böyük qrup oğlanlar üçün nəzərdə tutulmuş iri bir otaqda yerləşdirmişdilər. Burada 15-ə qədər uşaq var idi.

Durna qatarı kimi nizamla düzülmüş çarpayıların arasında olan yatağı ilə şəxsi əşyalarını yığdığı tumbası pəncərənin önündə və otağın demək olar ki, tən ortasında qoyulmuşdu. Geniş və hər tərəfli şəraitə malik olan otaq səliqəli olduğu qədər də rahat və işıqlı idi... Amma bu işıq hələ ki, balaca Əmrahın ürəyini isidə bilməmişdi. O, doğulub böyüdüyü kəndlərini, ailə­sini, dostlarını unuda bilmir, kasıbyana olsa da doğma evlərinin, bağlı-bağçalı həyətlərinin xiffətini çəkir, da­rıxırdı. Yeni yaşayış yeri, yeni mühit onu sıxır, körpəcə qəlbi bu yeni şəraitə uyğunlaşmaqda çətinlik çəkirdi. Azad təbiətli, qoruq-qadağadan uzaq, dəcəl bir kənd uşağının böyük bir şəhərdə, nizamlı davranışlarla, ölçülü qayda-qanunlarla yaşamaq məcburiyyətində olması onu çox sıxırdı. İçindəki sızıltını, ağrı-acını sakitləşdirməyin, varlığını hiss etdirməyin çarəsini tapa bilmir, uşaq ağlı ilə bunun yolunun ətrafındakı insanları incitməkdə, aqressiyada, bəzən də özünə qapanıb bir küncə çəkilməkdə görürdü. Belə vaxtlarda fikrində üzünü görmədiyi, kimliyini belə bilmədiyi atasını yamanlayır, hələ körpəliyindən onu nənəsinin qucağına atıb həyatından çıxan anasını qınayırdı. Kənd həyatı, sonra Günel bacısının ailəsi ilə kirayədə qaldığı illər, indi isə Uşaq evi. Günlər isə hiss olunmadan ötüb keçir, gündüzlər doğan günəş axşamlar qürub eyləyir, gecələr ay doğur, ulduzlar sayrışırdı. Dəyişən heç nə yox idi. Dəyişən təkcə Əmrahın yaşam tərzi, tale yolları idi.

...Əmrah özünü bugünkü qədər kimsəsiz, yalqız hiss etməmişdi. Bir az əvvəl Uşaq evinin sakini 11 yaşlı Valehi anası ilə həyətdəki tut ağacının altında söhbət edərkən görmüşdü. Valehin anası həmişəki kimi buraya oğlunu görməyə gəlmişdi. O, demək olar ki, hər həftə gəlirdi və hər gələndə də oğlu üçün bir ovucluq kişmiş gətirirdi. Sellofan torbada gətirdiklərini oğlunun əlinə verər, sonra isə bir ovuc kişmişi onun cibinə töküb, – bunu hərdən-bir ağzına atarsan, bax heç kimə vermə ha, – deyərdi. Amma bilirdi ki, Valeh o ürəyin sahibi deyil və anası qapıdan çıxar-çıxmaz cibindəki sapsarı kişmişləri bir-bir dostlarına paylayıb, eynən anası kimi, – heç kimə vermə, özün ye, – deyəcəkdi. Uşaqlar da gözlərini yumaraq hərəsinə yalnız bircə dənə düşən bu sarı kişmişi ağızlarına atıb tələsmədən çeynəyər, onu öz anaları vermiş kimi təsəvvür edərdilər. Valeh bircə dənəlik kişmiş dənəsi ilə Uşaq evinin sakinlərinə sanki ana sevgisi, ana qayğısı paylayırdı. Müvəqqəti də olsa, bu əliaçıqlığı onu da xoşbəxt edirdi, uşaqları da.

Bircə Əmrahdan başqa. Çünki Əmrah gözlərini yumanda xəyalında anası deyil, nənəsi canlanırdı. O isə artıq bu həyatda yox idi və bu, Əmraha xəyallarının heç vaxt gerçəkləşməyəcəyini xatırladırdı.

Elə ona görə də Valeh bu gün ona kişmiş dənəsi verəndə götürmədi. Valeh təəccüblə onu süzüb geri çəkildi və başqa dostuna sarı döndü. Gözünü yumaraq gülümsəyə-gülümsəyə kişmiş dənəsini çeynəyən uşaqlardan uzaqlaşan Əmrah həyətin bir küncünə çəkildi. Burada kim kövrəlib ağlayardısa, hər zaman özünü yetirib onun könlünü alar, fikrini dağıdıb kefini açardı. İndi istəmirdi ki, kimsə onu gözləri yaşlı görsün.

Uşaq evinin müdiri Nazilə xanım ilk günlərdən Əmrahın kədərli olduğunu hiss etmişdi. Ona görə də bacardıqca onu gözdən qoymamağa çalışırdı.

Əslində Nazilə xanımın bu diqqəti buradakı bütün uşaqlara qarşı idi. Onların hər birinə həssaslıqla yanaşır, özlərini atılmış, kimsəsiz hiss etməmələri üçün əlindən gələni edirdi.

Nədənsə bu anlarda Nazilə xanımın yadına uzun illər əvvəl gördüyü bir yuxu düşdü. Yuxuda görmüşdü ki, Həcc ziyarətinə hazırlaşır. Bir nəfər onu kimsəsiz, yetim uşaqların yanına gətirib: – Sənin Həccin buradır, onları sevib, qayğılarına qalsan ziyarətin qəbul olacaq, – demişdi.

Həmin günün səhəri Nazilə xanıma Gəncə Uşaq evinə rəhbərlik etməsi təklif olundu. Hələ də yuxunun tə­sirindən ayrıla bilməyən Nazilə xanım işi qəbul etdi və ürəyində Allahın bu lütfkarlığına qarşı sonsuz təşəkkürlərini bildirdi. İlk günlər çətin olsa da, yavaş-yavaş öyrəşdi, ən əsası isə bu qəlbisınıq uşaqları öz övladları kimi sevdi. Həm də sidq-ürəkdən, təmənnasız və səmimiyyətlə. Uşaqlar da onun bu səmimi sevgisini qarşılıqsız buraxmadılar. Onlar da Nazilə xanıma əsl ana kimi bağlandılar.

Əmrah da belə idi. Müəllimlərini də, Nazilə xanımı da çox sevirdi. Onları öz doğmalarının, əzizlərinin yerinə qoymuşdu.

Nazilə xanım ürəyində qəfil bir sıxıntı hiss etdi. Köməkçisinə: – Mən bir uşaqlara baş çəkim, – deyib otağından çıxdı. Dəhliz boyunca asta-asta gəzişir, arabir də uşaqların toplaşdığı otaqlara girir, onların əhvalını soruşurdu. Həyətə çıxanda bir dəstə oğlan uşağının baş-başa verdiyini gördü. Onlar söhbət edir, deyib-gülürdülər. Bu, Əmrahgilin qrupundan olan uşaqlar idilər. Nazilə xanım bir baxışla Əmrahın onların arasında olmadığını anladı.

– Uşaqlar, Əmrah hanı?

– İndicə burda idi, müəllimə. Axtaraq? – uşaqlar sağa-sola boylandılar.

– Yox, narahat olmayın. Özüm taparam.

Nazilə xanım o qədər də böyük olmayan həyəti gəzməyə başladı. Əmrahın bir küncə çəkilib ağladığını gördü. Bu tanış mənzərə onu kövrəltdi, lakin göz yaşlarını boğub ürəyinə axıtdı. İrəli yeriyib səssizcə onun başını sinəsinə sıxdı. Əmrah bu isti təmasdan daha da kövrəldi və səssiz axan göz yaşları hönkürtüyə çevrildi. Bir neçə saniyə keçdi. Ürəyi boşalmayan Əmrah başını qaldırıb ağlar gözləri ilə Nazilə xanımın mehriban simasına baxdı və hıçqıra-hıçqıra: – Allah məni niyə kimsəsiz yaradıb, müəllimə? – dedi.

Bu cavabı olmayan sual Nazilə xanımın ürəyinə bir ox kimi sancılsa da, o öz təmkinini qoruyub gülümsəməyə çalışdı:

– Sən niyə kimsəsiz olursan, oğlum? Sənin də doğmaların, qohumların var. Bəs mən kiməm? Burada səni doğma övladı kimi sevən müəllimlərin kimdir? Hələ uşaqları demirəm? Bir də unutma ki, hər kəsin sahibi Allahdır. Allahı olan, ona inanan kəs heç vaxt özünü tənha hiss etməməlidir.

Nazilə xanım əlləri ilə Əmrahın göz yaşlarını silib: – Gedək mənim otağıma, ürəyim yaman çay istədi. Gedək ana-bala oturub bir çay içək, – dedi və əlini Əmrahın çiyninə qoyub onu otağına apardı.

Bu səmimi ünsiyyət Əmrahın ürəyinə bir sərinlik gətirdi. O, göz yaşlarını silib gülümsədi: – Düz deyirsiz, müəllimə. Siz varkən mən niyə özümü tənha hiss edim ki? – dedi.

Nazilə xanım bu təbəssümün arxasındakı sağalmaz yaranı qəlbinin gözü ilə görüb duyurdu. Təəssüf ki, bu yaraya məlhəm olacaq çarə onun əlində deyildi. O, Əmrahın ana həsrətini ovutmaq üçün ancaq təsəlli verə bilərdi. Doğulduğundan bəri atasını görməyən, anasının üzünü belə xatırlaya bilməyən Əmraha bundan artıq nə edə bilərdi ki?!

Lakin ilahi səbir, həssas münasibət, peşəkar yanaşma öz işini görürdü. Əmrah məhz buraya aid olduğunu dərk etməyə, qayğısına qalan müəllimlərin təmənnasız sevgisi ilə ovunmağa, taleləri oxşar olan onun kimi 10-larla uşağın bir-birinə qarşı ailə münasibətlərinə inanmağa başlayırdı.

Qrup rəhbəri Şəhla xanımın analıq məzuniyyətindən qayıdışından sonra isə əhvalı demək olar ki, düzəlmişdi və artıq burada özünü yad hiss etmir, yavaş-yavaş sakitləşən duyğularının səmti dəyişir, ürəyinin səsini, qəlbindən keçən hissləri şeirin, poeziyanın, bəzən isə rəsmlərin dili ilə diktə etməyin daha doğru yol olduğunu dərk edirdi.

Artıq burada hər kəs onun necə istedadlı, bacarıqlı olduğunu yaxşı bilirdi. Əmrah şeirlər yazır, rəsmlər çəkir, rep söyləyirdi. Sevdiyi məşğuliyyətlərdən biri də kartondan, kağız parçalarından müxtəlif fiqurlar düzəltmək idi. O, daha çox hərbi maşınlar, müxtəlif silahlar düzəltməyi sevirdi. Sonra isə düzəltdiklərini dostlarına, sevdiklərinə bağışlayırdı. Uşaq evində keçirilən bütün tədbirlərdə yaxından iştirak edir, müxtəlif səhnəciklərdə oynayır, şeirlər söyləyirdi.

Bir gün Uşaq evində Xocalı soyqırımına həsr olunmuş tədbirə hazırlıq işləri gedirdi. Uşaqlar müəllimlərinin rəhbərliyi ilə şeirlər əzbərləyir, səhnəciklər hazırlayır, ədəbi-bədii kompozisiya qururdular. Hər zaman belə tədbirlərin ən fəal iştirakçısı olan Əmraha bu dəfə də ən çətin hesab edilən rollardan birini – qəddar erməni hərbçisi obrazını tapşırdılar. Bir neçə həftə davam edən məşqlərdən sonra demək olar ki, bütün ssenari tam hazır oldu. Lakin tədbirin nümayişi günü Əmrahın roldan imtina etməsi hər kəsi çıxılmaz vəziyyətə saldı.

Müəllimləri onu dilə tutmağa çalışdılar:

– Əmrah, oğlum, gör neçə vaxtdır ki, hazırlaşırıq. Rolunun bütün sözlərini əzbərləmisən, öhdəsindən də əla gəlirsən. Lap əsl artist kimi oynayırsan. İndi nə oldu birdən-birə?

– Mən sizin sözünüzü yerə salmaq istəmədiyim üçün razı olmuşdum. Amma indi görürəm ki, bacarmayacağam. Bir baxın nə qədər göz baxacaq mənə? – Əmrah axan göz yaşlarını əlinin arxası ilə silib başını aşağı saldı.

Söhbətə qrup rəhbəri Şəhla xanım qarışdı:

– Axı niyə ağlayırsan, oğlum? Bu, tamaşadır, balam. Səhnədə hər rolu oynamaq olar. Özün də istedadlı oğlansan. Bunları yaxşı bilirsən axı.

– Bilirəm. Amma mən hər kəsin qarşısına qəhrəman kimi çıxmaq istəyirəm, düşmən kimi yox.

Şəhla müəllim Əmrahın başını sığallayıb onu dilə tutmağa çalışdı. Lakin nə Əmrahın ağlamağını kəsə bildi, nə də onu razı salmağı bacardı. İşi belə görən Nazilə xanım artıq başlamaq üzrə olan tədbirin pozulmaması üçün çıxış yolu tapmağa çalışdı.

Tədbirin rəhbərinə: – Uşaqdan əl çəkin. İstəmirsə, məcbur etmək olmaz. Başqa yol tapmaq lazımdır, – dedi.

Sonra üzünü tədbirin aparıcısı olan Rəşidə tutdu: – Onsuzda birlikdə hazırlaşmısınız. Yəqin ki, bir-birlərinizin sözlərini bilirsiniz.

– Əlbəttə, bilirik, müəllimə.

– Hə, lap yaxşı. Onda sən Əmrahın rolunu ifa edərsən, Əmrah isə aparıcı olacaq.

Belə də etdilər və çox yüksək səviyyədə keçirilən tədbir uzun müddət yaddaşlardan silinmədi.

Ən qəribəsi də o idi ki, Əmrahın uşaqlıq arzusu illər sonra həyata keçdi və o, "tamaşaçıların" – bütün Azərbaycan xalqının qarşısına əsl qəhrəman kimi çıxdı.

(Ardı var)

Fərruxə Umarova



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ