Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Vasili Nebenzya, ABŞ-ın BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimova viza vermədiyini açıqlayıb.
Nebenzya bildirib ki, bu ay BMT TŞ-yə sədrlik edən Çin Xarici İşlər Nazirliyi tərəfindən iclasda iştirak etmək üçün dəvət edilən Alimovun viza tələbi ABŞ tərəfindən rədd edilib. O, əlavə edib ki, "Rusiya bugünkü iclasda nazirlər səviyyəsində təmsil olunmalı idi".
ABŞ-ın viza rəddini tənqid edən Nebenzya daha sonra deyib: "Biz bunu təkcə Vaşinqtonun BMT Nizamnaməsi üzrə bütün üzv dövlət rəsmilərinə qeyd-şərtsiz giriş təmin etmək öhdəliyinin pozulması kimi deyil, həm də Çinin BMT TŞ-yə sədrliyinə və bu gün müzakirə olunan məsələyə qarşı ciddi hörmətsizlik kimi görürük".
Tahir TAĞIYEV