Bazar günü günü, 27 sentyabr 2026
     

İran liderlərinin “dövlət terroru” ilə ortadan götürülməsi rejimi dəyişə bilər?...

Image


Elşən Manafov: “Siyasi qətllərlə ABŞ İranı “idarə olunan xaos” durumuna gətirməyə çalışır”

Birləşmiş Ştatların İsraillə birlikdə fevralın 28-dən İrana qarşı apardıqları müharibə fonunda, son 20 gündə öldürülən İranın yüksək vəzifəli şəxslərinin sayı 40 nəfərdən çoxdur. ABŞ-ın İranda davamlı olaraq İranın yüksək vəzifəli şəxslərinin öldürüməsi çıxış yoludurmu?

Ümumilikdə, bu yolla İrandakı hakimiyyətin süqut edəcəyi realdırmı? Bu metodu bütövlükdə effektiv hesab etmək olarmı? Siyasi təcrübəsi olanların aradan götürülməsi həll yoludurmu? Axı bir sıra hallarda bu cür taktika əhalini rejimin ətrafında birləşdirir və bu, İranda da özünü göstərməkdədir. Yəni İrana endirilən zərbələr əhalinin rejimə qarşı çıxması ilə nəticələnmədi.

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov bütün bunlarla bağlı bir sıra məqamlara toxundu: “İrandakı siyasi rejimin devrilməsi ABŞ-ın yeni dünya nizamı ilə bağlı geosiyasi maraqlarından irəli gəlir. İran hakimiyyəti uzun illərdir ki, ABŞ-ın Yaxın Şərqdə yeni dünya nizamı ilə bağlı geosiyasi mahiyyət kəsb edən gedişlərinə sədd rolunda çıxış edən əsas dövlətlərdən biridir. Hazırda İrandakı siyasi rejimin devrilməsi sifarişi ilə ABŞ qarşısında çıxış edən dövlətlər İsrail, habelə bölgənin bir sıra ərəb dövlətləridir. Onlar İranı şiə inqilabını ixrac etmək və əslində bu dövlətlərin daxili işlərinə müdaxilədə ittiham edir. İranla bağlı proksi qüvvələrin bölgənin təhlükəsizliyini təhdid etdiyini bildirirlər. Əslində isə ABŞ özünün bölgə ilə bağlı həyati maraqlarını realizə etmək üçün məlum dövlətlərin İrana münasibətdə irəli sürdükləri iddiaların arxasında özünün əsl niyyətini ört-basdır etməyə çalışır. Gerçək məqsəd İran nefti üzərində nəzarəti ələ keçirməklə dünyada neftin ən böyük idxalatçısı olan Çinin iqtisadiyyatına sarsıdıcı zərbə endirməkdir. Dünya enerji bazarında qiymətlərə təsir imkanlarını saxlamaqla Rusiyanın neftin satışından əldə etdiyi gəlirləri daraltmaq, özünün dünya nizamı ilə bağlı iddialarının məlum dövlətlərə qəbul etdirilməsi istəyindən irəli gəlir”.

Politoloqun fikrincə, prezident Tramp dünyanın fərqli bölgələrində 7-dən artıq münaqişənin aradan qaldırılmasında özünün xidmətlərindən danışsa da, onun iqtidarı dövründə ABŞ-ın xarici siyasəti xeyli dərəcədə sərtləşib və təcavüzkar xarakter kəsb edib: “Trampın Qrenlandiyaya, Kanadaya olan iddiaları, Venesuellaya və İrana müdaxiləsi, Kubadakı rejimi devirəcəyi ilə bağlı açıqlamaları onun beynəlxalq hüquqa əhəmiyyət verməməsinin bariz göstəricisidir. Bu, dünyanın təhlükəsizlik arxitekturasına ciddi və real təhdiddir. Digər tərəfdən Tramp əslidə ABŞ-ın bütün tarixi boyunca həyata keçirdiyi ekspansionist siyasətinin təmsilçilərindəndir. ABŞ isə öz həyati maraqlarının realizə edilməsi üçün müxtəlif vasitələrə müraciət etməkdən heç vaxt çəkinməyib. Zaman və tarixi şəraitdən asılı olaraq ABŞ ya birbaşa hərbi müdaxiləyə və ya dövlət terrorizminə, dövlət çevrilişlərinə qədər variantlara müraciət edib. İranın siyasi rəhbərliyindəki yüksək vəzifəli şəxsləri cıxdaş etmək, onları cismən məhv etməklə ABŞ İrandakı hakimiyyəti laxladacağı, onun legitimliyini şübhə altına alacağını düşünür. Siyasi qətlərlə ABŞ İranı “idarə olunan xaos” durumuna gətirməyə çalışır. İslamçı rejimin milli münasibətlər sahəsində siyasətinin ölkəni etnik qarşıdurma həddinə gətirdiyini düşünərək İranı daxildən parçalamaq istəyir. Digər tərəfdən ABŞ neçənci dəfədir ki, müstəqil İrana müdaxilə edir, onun liderlərinə qarşı terror aksiyalarını həyata keçirir. Hələ 1951-ci ildə İranda Doktor Musəddiqi hökuməti xarici kapitala (BP neft şirkətinə) məxsus əmlakı milliləşdirmək barədə qərar qəbul etdikdə Britaniyanın sifarişi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi "Ayaks" əməliyyatı keçirərək Musəddiqini devirib. İran xalqının iradəsinin əleyhinə olaraq xarici kapitalın İrandakı maraqlarını müdafiə edib. İranda islam inqilabının qələbəsindən sonra Ağ Evin Xameneyi hökumətini devirmək üçün birbaşa hərbi müdaxiləyə getdiyi də bəllidir. İranda siyasi anlamlı qətləri həyata keçirməklə buradakı rejimin qısa zamanda devriləcəyini düşünən ABŞ əvvəllər Liviya, İraq, Suriya kimi ölkələrə münasibətdə tətbiq etdiyi ssenarinin İranda da uğur qazanacağını düşünür. Lakin ABŞ-ın proqnozlarında yanıldığını İrana qarşı aparılan müharibədə özünün və müttəfiqlərinin itkiləri qabarıq göstərir. Əvvəla, İran Liviya, Suriya və ya İraq deyil. Fərqli ərazi və əhali göstəriciləri, iqtisadi və elmi potensial, nəhayət hərbi güc faktoru var. Digər tərəfdən İranla müqayisədə ABŞ-ın digər dövlətlərə qarşı müdaxiləsində beynəlxalq güclər - ilk növbədə Çin və Rusiya belə dirəniş göstərməyiblər. İranda siyasi rejimin devrilməsi Çin və Rusiyanın nüfuz dairəsinin daralması, bazarlara və dəhlizlərə çıxış imkanlarının bağlanmasına və s. gətirib çıxara bilər. Məhz buna görə də, regional münaqişənin qlobal qarşıdurmaya çevrilmə təhlükəsi var və bu təhlükə getdikcə böyüməkdədir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ